Qarabağdakı Rusiya sülhməramıları Xankəndi və digər ərazilərdə yaşayan ermənilərə maşınlarla su daşıyırlar.
ONN media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.
Məlumata görə, Rusiya sülhməramlı kontingentinin hərbçiləri Xankəndi və digər rayonlarda yaşayan 1.5 mindən çox insanı içməli su ilə təmin ediblər.
“Sülhməramlı kontingentinin humanitar mərkəzinin hərbçiləri iki həftə ərzində 30-dan çox uçuş həyata keçirib və Qarabağ sakinlərinə 200 tondan çox içməli su veriblər”, - açıqlamada qeyd edilib.
Su stansiyasında təmir-bərpa işləri başa çatana və boru xətti çəkilənə qədər sülhməramlı kontingentin hərbçiləri hər gün erməniləri içməli su ilə təmin edəcəkləri bildirilib.
Avqustun 9-da Xakəndinə suyun verilməsi dayanması haqda məlumat yayılıb. “Sputnik Ermənistan”ın xəbərinə görə, Qarabağın mütləq əksəriyyətinə Azərbaycan ordusununun nəzarətinə keçməsindən sonra həmin ərazilərdə yaşayan ermənilərin əhəmiyyətli hissəsinin Xankəndidə yerləşməsi vəziyyəti daha da ağırlaşdırıb. Su istehlakı əhəmiyyətli dərəcədə artıb.
Hazırda Xankəndidə yaşayan ermənilərin suya olan ehtiyacının artezian quyularınının hesabına ödənildiyi bildirilib.



Rusiya sülhməramlıları ermənilərə Qarabağda məktəb hədiyyələri paylayır
Qarabağda dəhşətli partlayış
Qarabağdakı sülhməramlılar nə iş görür?
Rus sülhməramlıları Qarabağda DÖYÜŞ HAZIRLIĞINA BAŞLADI
Rusiya sülhməramlıları ilə bağlı SON AÇIQLAMA
Xocavənddə TƏXRİBAT: Azərbaycan hərbçiləri HƏRƏKƏTƏ KEÇDİ
Rus hərbçiləri ermənilərə yardım askiyası keçirdi
Qarabağda dəhşətli partlayışlar
Kəlbəcər Azərbaycana sülhməramlıların nəzarəti ilə təhvil verildi
Rusiya sülhməramlıları Xankəndiyə daxil oldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 