Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları kontingenti bölgədə döyüş hazırlığı təlimlərinə başlayıblar.
ONN media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi mətbuat xidmətinin bugünkü məlumatında bildirilib. Rusiya sülhməramlı kontingentinin hərbçiləri təlimlər zamanı Qarabağdakı müşahidə məntəqələrində təhlükəsizlik tapşırıqlarını yerinə yetiriblər. Bu təlimlərə müşahidə məntəqəsinə mümkün hücumun qarşısını almaq kimi vəzifələr də daxil edilib.
Rusiya sülhməramlı kontingentinin hərbçisi İvan Zolotarev təlimlər barədə danışarkən "biz hardayıqsa, orda sülh var!" deyə qürrələnib.
Bildirib ki, Rusiya sülhməramlı kontingentinin bütün müşahidə məntəqələri hərbi qulluqçuları atıcı silahlardan və qəlpələrdən qorumaq, habelə ətraf ərazini hərtərəfli müşahidə etmək üçün nəzərdə tutulmuş xüsusi istehkamlarla təchiz edilib.
Xatırladaq ki, Rusiya, Ermənistan və Azərbaycan döv başçılarının 10 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatına əsasən, Qarabağa 1960 hərbi qulluqçu, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika daxil olmaqla Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilib.(modern.az)



Rusiyadan Qarabağla bağlı SON AÇIQLAMA
Qarabağda son vəziyyət necədir? - Rusiya Müdafiə Nazirliyi AÇIQLADI
Qarabağda NƏ BAŞ VERİR? - Rusiya sülhməramlıları anti-terror təlimləri aparılır
Rusiya MN-dən Laçın dəhlizi ilə bağlı AÇIQLAMA
Sülhməramlılar döyüş hazırlıqlarına başladı - SON DƏQİQƏ
Rusiya sülhməramlıları ilə bağlı SON AÇIQLAMA
Rusiya sülhməramlıları Xankəndiyə daxil oldu
Rusiya Qarabağda daha bir məntəqəsini ləğv etdi
Qarabağda sülhməramlıların maşını atəşə tutuldu- ÖLƏNLƏR VAR
Qarabağda dəhşətli partlayış
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 