Əvvəllər sual verilirdi ki, vaksin vurduraq, ya yox? İndi bu sual azalıb. Hazırda aktual olan sual: Birinci doza “Sinovac” almışamsa, ikinci doza kimi “Pfizer” ala bilərəmmi? Qısa cavab verim. Bəli, nəinki vurdura bilərsiniz, hətta vaksinləri kombinasiya etmək, qarışdırmaq daha məsləhətdir. Buna görə tədqiqatlar da aparılıb. Məlum olub ki, ənənəvi vektor vaksinləri ilə yeni era mRNA vaksinlərini (Pfizer) kombinasiya etmək daha güclü immunitet yaradır, nəinki eyni vaksini iki dəfə vurdurmaq.
ONN media xəbər verir ki, bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. Həkim bildirib ki, tədqiqatda vektor + mRNA kombinasiyası iki mRNA vaksininin əmələ gətirdiyi immunitetdən də güclü olub:

“Delta variantından qorunmaq üçün vaksinlərin dəyişik vurulması məsləhət görülüb. Əvvəlcə “Sinovac”, sonra “Pfizer” vurulması daha məsləhətdir. Nəinki əvvəlcə “Pfizer”, sonra “Sinovac”. Həm də iki vaksinin kombinə edilməsi zamanı əlavə təsirlər də az görülüb və daha təhlükəsiz olduğu məlum olub.
Hansı vaksini məsləhət görürsünüz sualının cavabı budur: Əvvəlcə “Sinovac”, sonra “Pfizer”. Mən tibbi tərəfini izah etdim. Amma bilmirəm siz ikinci dozanı fərqli istəsəniz, poliklinkada işləyənlər, vaksin vuranlar sizə nə cavab verəcək. Çünki Ümumdünya Səhiyyə Təşkilatı ikinci vaksin seçimi qərarını qarışıqlıq olmasın deyə vətəndaşların yox, yerli səhiyyə rəhbərlərinin, qurumlarının verməsini məsləhət görüb”.(publika.az)



Hansı vaksin daha yaxşıdır? – Adil Qeybulla adını açıqladı
ABŞ "Pfizer" vaksininin saxlanma müddətini uzatdı
Alimlər "delta" ştammının ÇARƏSİNİ TAPDI
"Turkovac" "buster" doza kimi istifadəyə verildi
Azərbaycan bu ölkəyə 100 min ədəd peyvənd göndərdi
Azərbaycana 84 min doza vaksin gətirildi
ÜST-dən “Sinovac”la bağlı açıqlama
“Peyvənd sertifikatı” müddətsiz olacaq - RƏSMİ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 