Bu gündən Azərbaycanda koronavirus əleyhinə “Pfizer” peyvəndinin tətbiqinə başlanılır. Hazırda “Pfizer”lə yanaşı, Çinin “Sinovac Biotech”, Rusiya istehsalı olan “Sputnik V” vaksinləri də istifadə olunur. Bu baxımdan vətəndaşlar seçim qarşısında qalıb və hansı vaksinin daha effektli olması ilə maraqlanır.
ONN media bildirir ki, Tibb elmləri doktoru, professor Adil Qeybulla Sfera.az-a açıqlamasında deyib ki, ölkədə vaksinlərin seçimi insanların əlində deyil: “Vaksinlərin nə qədər olmasından asılı olmayaraq, onlar paylanılacaq. Ola bilər ki, kiməsə “Pfizer”, kiməsə “SinoVac” və ya “Sputnik-V” düşsün”.Müsahibimiz hansı peyvəndin daha effektli olduğundan da söz açıb: “”Pfizer” matrisalı RNT tərkibli bir vaksindir. Bu, biotexnologiyanın müasir üsulu ilə alınıb və effektlilik dərəcəsinə görə ən yüksək səviyyəli peyvənd hesab edilir. Amma hamıya bunun vurulma imkanı yoxdur. Çünki digər vaksinlər də var. İstifadə üçün “Pfizer” daha məqsədəuyğun olsa da, bunu imkanlar daxilində etmək mümkündür”.
Qeyd edək ki, 18 yaşından yuxarı olan və əks göstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər. Son statistikaya əsasən, Azərbaycanda vurulan vaksinlərin ümumi sayı isə, 2 546 169, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 611 165, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 935 004 təşkil edir.



ABŞ "Pfizer" vaksininin saxlanma müddətini uzatdı
İki vaksinin kombinəsi əks təsir göstərə bilərmi? - Həkim AÇIQLADI
"SinoVac" peyvəndinə icazə verilir - PROSEDUR BAŞLADI
Əhaliyə XƏBƏRDARLIQ: Bu gündən Azərbaycanda...
ÜST təcili istifadə üçün zəruri sayılan peyvəndin adını ELAN ETDİ
Azərbaycanda bu yaşda uşaqlara da VAKSİN VURULACAQ - QƏRAR VERİLDİ
Hande Harmancı peyvənd vurdurdu
Azərbaycanda bu peyvəndən də istifadə ediləcək
İki vaksinin qiyməti QALXDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 