Sentyabrın 3-ü gecə saatlarında koronavirusdan dünyasını dəyişən "Neftçi" klubunun sabiq prezidenti Aydın İbrahimov dəfn olunub.
O, Bakının "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.
Mərasimdə Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Müdafiə Sənayesi Nazirliyinin, Milli Olimpiya Komitəsinin və Azərbaycan Güləş Federasiyasının rəsmi şəxsləri iştirak edib.
Qeyd edək ki, Aydın İbrahimov 1988-97-ci illərdə paytaxt təmsilçisinin prezidenti olub.
A.İbrahimov güləş üzrə iki dəfə dünya çempionatında qızıl medal qazanıb. O, 1963-cü ildə Bolqarıstanda, 1966-cı ildə isə Almaniyada dünya çempionu adına yiyələnib. İbrahimov 1964-cü ildə Yaponiyanın paytaxtı Tokioda keçirilmiş Yay Olimpiya Oyunlarında bürünc medala sahib çıxıb. Nailiyyətlərinə görə SSRİ-nin əməkdar idman ustası, əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim adlarını alıb. O, dünya güləş idman növünün inkişafındakı xidmətlərindən dolayı qızıl medalla təltif edilib. A.İbrahimov bir müddət futbol sahəsində də çalışıb, 1988-1997-ci illərdə “Neftçi” klubunun ilk prezidenti olub.
Prezident İlham Əliyev 2019-cu ilin sentyabrında Aydın İbrahimova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.



"Neftçi"nin sabiq prezidenti "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq
Hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatı keçirilib
İcra başçısı Rafael Ağayevlə görüşdü
Nazir idmançılara mükafat verdi
Hacı Əliyev baş-leytenant oldu
Prezidentlə Hacı Əliyev arasında maraqlı dialoq: Yaxşı ki, qalmısan...
Azərbaycanda assosiasiya prezidenti vəfat etdi
İlham Əliyevə Dünya Güləş Birliyinin ali mükafatı təqdim edilib
Güləş üzrə Bakı çempionatında DİN-in İdman Cəmiyyətinin komandaları yüksək nəticələr göstəriblər
Əməkdar məşqçi koronadan vəfat etdi
İlham Zəkiyev yenidən Avropa çempionu olub
Rəmiş dəfn edildi - SON DƏQİQƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 