Yeni mövsüm həmişə yeni trend və yeni qaydalar deməkdir. Mövsümün bir neçə dəb cərəyanları ilə artıq sizi tanış etmişik. Deməli, qalır rənglərin aktuallığını müzakirə etmək.
ONN media xəbər verir ki, bu payız monoxrom dəstlər özünə daha çox yer edəcək. Rənglərin düzgün harmoniyasını qurmaq üstün bir məziyyət hesab olunsa da, deməliyik ki, obrazın bir rəng üzərində qorunması indi daha çox ön plandadır.
Kobalt mavisi

Kobalt mavisi, elektro və ya Yves Klein Blue - bu rəngin bir çox adı var və ona aşiq olmaq üçün hamısını bilmək lazım deyil. Ancaq bir şeyi dəqiq bilirik - bu parlaq, lakin nəcib rəng uzun müddət bizimlə qalacaq. Ən azından önümüzdəki bir neçə ay ərzində.
Lavanda təmizliyi

Bənövşəyinin bu açıq tonu ardıcıl olaraq bir neçə ildir ki, dəbdən düşmür. Pantone İnstitutunun tövsiyəsinə əsasən yeni mövsümdə onu parlaq sarı rəngdə geyinməyi məsləhət görürük. İstər dünya, istərsə də instaqram ulduzlarının stillərindən ilham axtarmağı məsləhət görürük.
Alqırmızı

Əslində heç vaxt dəbdən düşməyən, ancaq mövsümlərdən asılı olaraq çalarlarını dəyişən zamansız bir rəngdir. Bu mövsüm dizaynerlər demək olar ki, yekdilliklə alqırmızıya səs verir və onu çəhrayı ilə birləşdirməyi təklif edirlər.
Zümrüd və ya ot yaşılı

Görünür, dizaynerlər yaz-yay mövsümünün əsas trend rəngindən kifayət qədər istifadə etməyib və ondan doymayıb. Həqiqətən də, sözün əsl mənasında enerji yayan bu heyrətamiz rəngi görməzlikdən gəlmək çətindir. Yeri gəlmişkən, yaşılın gözlərə sakitləşdirici və bütövlükdə sinir sisteminə sakitləşdirici təsir göstərdiyi çoxdan sübuta yetirilib. Yaşıl qara rəngin fonunda xüsusilə cəlbedici təsirə malikdir. Bu həqiqət dizaynerlərin eskizlərindən də yan keçməyib.



Dəb proqnozu: Yazda hansı rənglər TREND olacaq?
Yeni il gecəsi necə bəzənməli? - Ulduzlardan ilham alın
Baharın ən incə trendləri
Gələn ilin rəngi hansıdır?
Dəbdə intibah dövrü: mirvari bəzəklər yenidən istək obyekti oldu - FOTO
2020-ci ilin rəngi açıqlandı
Çiyələkdə zəhərli nitratın çox olduğunu necə bilməli? - Aqronom
56 yaşında moda dünyasını silkələyən qadın kimdir?
Gələn ilin rəngi seçildi
Dəbdə yeni axın- Bu ilin trendi nədir?
Ərdoğandan Ermənistana xəbərdarlıq: “Fürsət qapıları həmişə açıq qalmır”
Bu iki meyvəni uşaqlara verməyin - Həkimdən xəbərdarlıq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 