Əminik ki, ən təntənəli bayram gecəsi həyatınıza rəng qatmaq üçün bir fürsətdir. Parıltı, zər, neon çalarlar və ekstravaqant dumanlı göz makiyajını sınaqdan keçirin. Adətən minimum makiyajdan istifadə etsəniz də, Yeni il gecəsi özünüzə daha çoxuna icazə vermək üçün gözəl bəhanədir. Hansı göz kölgələrinə üstünlük verməyinizdən asılı olmayaraq, Yeni il makiyajında iki nüans tələb olunur: gündəlik seçimdən fərqlənməli və qalıcı olmalıdır. ONN media dəbsevər oxucular üçün ulduzların ən effektli makiyajlarını seçib. Klassik olsa da, qara və qəhvəyinin tandemi həm bayram, həm də gündəlik görünüş üçün həmişə praktik çıxış yoludur. Sakit qəhvəyi rənglərlə ifa olunan monoxrom makiyaj sadəliyi sevənlər üçün idealdır. Emiliya Klarkın bu makiyajının sizdə hansı duyğuları doğurduğunu bilmirik, ancaq mütləq ki, diqqətinizi çəkir. Və bu, Yeni il gecəsi bütün qızılı və parıltılı makiyajlar arasında fərqlənmək üçün əla yoldur. Makiyajda hər zaman təvazökar olan Emma Stoun burada stereotipləri necə asanlıqla və təbii şəkildə poza biləcəyini göstərir: parıldamaq, mavi göz layneri və cəlbedici dodaq boyası. Bu cür dəyişikliyə baxmayaraq, aktrisanın makiyajı uğurlu alınıb. Rihanna bizi dodaq boyasının parlaq çəhrayı kölgəsinə aşiq edir və bu cazibəyə təslim olmaqdan məmnunuq. Ümidsiz dumanlı gözlərdən yayınırsınız? Yeni il axşamı rəngləri əsirgəməməyi və daha tünd makiyajdan qorxmamağı məsləhət görürük, çünki çox dərin baxışlarla fərqlənmək şansı hər gün verilmir. Yeni il gecəsində özümüzə maksimum parıldamağa icazə verə bilərik. Ən populyar moda blogerlərindən biri bu şəkildə izah edir ki, makiyajda göz kölgəsi, seçilmiş kölgələr, göz layneri və tuşun uyğunluğunu nəzərə almaq vacibdir. Mavi və ala gözlərin sahibləri üçün Yeni il makiyajı yaratmaq indi bir az daha asan olacaq Yəqin artıq eşitmisiniz ki, mavi 2020-ci ilin rəngi elan edilib, beləliklə istənilən göz paletlərində bu rəngin çalarları qalacaq. Xüsusilə parıltı formasında. Bu mövsüm şaftalı göz kölgələri və ya göz layneri bir nömrəli tendensiyadır, odur ki, Yeni il obrazlarında sınamağı unutmayın. Klassik janr: alqırmızı pomada obrazın dominant elementinə çevrilir. Belə bir seçimə diqqətlə yanaşmaq lazımdır, üstünlüyü çox parlaq göz kölgələrinə vermək lazım deyil, makiyajı tuşla vurğulamaq yetər. Əsl dram qızları üçün ən yaxşı makiyaj təklifi: bu Yeni il tünd qırmızı və onun digər çalarlarına etibar edin. Bayram gecəsi incə görünmək istəyən xanımlar, canlı rənglər və parlaq qliterlərə üstünlük verin, yumşaq palitraya təslim olun və heç bir şeyə peşman olmayın. Zərif bayram makiyajı istəyirsinizsə, Keyt Blanşettin bu çıxışından ilham almağı məsləhət görürük.(publika)
Yeni il gecəsi necə bəzənməli? - Ulduzlardan ilham alın



Yeni ili Azərbaycanda qeyd etmək istəyirsinizsə MÜTLƏQ OXUYUN
"Pişik baxışları" makiyajı necə etməli?
Bu gecə sonuncu Qədr gecəsidir
Bakıda Şaxta baba olmağın qiyməti açıqlandı
Yeni il gecəsi Bakıda bütün restoranlar bağlı olacaq?
Metroda Yeni il gecəsi iş vaxtı uzadılacaq – RƏSMİ
Qədr gecələri bu tarixdə olacaq
Üçüncü Qədr gecəsi: Nələri bilməliyik? - Video
Alişan və Busə Varol cütlüyünün xına gecəsi olub
Bu gün sonuncu Qədr gecəsidir
Yeni il gecəsi Bakı metrosu 1 saat artıq işləyəcək
Azərbaycan otellərinin "əl yandıran" YENİ İL QİYMƏTLƏRİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 