Azərbaycan və Türkiyə Laçında birgə hərbi təlimlərə başlayıb. Bu təlimlər iki kontekstdə əhəmiyyətlidir.
Birincisi, Ankara və Bakı ilk dəfə işğaldan azad olunmuş ərazilərdə hərbi müstəvidə addım atır;
İkincisi, işğaldan azad olunmuş ərazilərdə ilk hərbi təlim məhz Laçında keçirilir;
Bu iki amil özündə mühüm mesajları da ehtiva edir:
1. Türkiyə bu təlimlərlə Qarabağda bundan sonra hərbi müstəvidə baş verə biləcək proseslərdə Azərbaycanla birgə hərəkət edəcəyini əyani şəkildə göstərir;
2. Bakı Laçın dəhlizinə vizual nəzarəti gücləndirir: Türkiyə ilə birgə təlimlərin dəhlizin keçdiyi bölgədə keçirilməsi Azərbaycanın bu nəzarətdən geri çəkilməyəcəyi, əksinə daha da artıracağı deməkdir və təlimlər bu prosesdə Bakının əlini gücləndirməyə hesablanıb;
3. Təlimlər həm də bir həftə öncə (30 avqust) Laçın dəhlizində “təhlükəsizliyi təmin etmək” və PUA hücumlarına qarşı təlim keçirən rus sülhməramlılarına cavab hesab oluna bilər: Bakı və Ankara dəhlizin keçdiyi Laçında “əzələ nümayişi” edir;
İki ölkənin Bakıda sentyabrın 2-də başlayan və 12-nə qədər davam edəcək hərbi təlimləri paralel şəkildə azad edilmiş ərazilərə də köçürməsi diqqət çəkir: rəsmi Bakı diplomatik masada tələblərində israr edir və təlimlərlə “hərbi varianta” da hazır olduğunu nümayiş etdirir.



Azərbaycana gələn F-16-ların hədəfi: Bakı və Ankaranın planı nədir?
Azərbaycan yeni müharibəyə hazırlaşır, Türkiyə isə... - Ermənilər QORXU İÇƏRİSİNDƏ
Prezident: "Bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur"
Türkiyə və Pakistan birgə hərbi təlimlər keçirir
XİN-dən Ermənistanın Laçındakı təlimlərlə bağlı iddiasına CAVAB
Azərbaycan və Türkiyə birgə təlimlərə başladı - VİDEO
Ərdoğan hava limanının açılışı üçün Qarabağa gələcək
Türkiyə, Azərbaycan və Gürcüstan birgə hərbi təlimlər keçirəcək
Türkiyə və Azərbaycan ordusu birgə hərəkətə keçdi
Türkiyə yeni hərbi təlimlərə başlayır - Keçiriləcək yer diqqət çəkdi
Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçiriləcək
SON DƏQİQƏ: Laçında iki hərbçimiz minaya düşdü
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 