“Razminfo” saytının analitiki Sona Xaçatryan bildirib ki, Laçın rayonunda xüsusi təyinatlıların iştirakı ilə başlayan Türkiyə-Azərbaycan birgə hərbi təlimləri Qarabağda ilk belə təlimlər olmaqla diqqət çəkir.
ONN media xəbər verir ki, Xaçatryan xüsusilə keçmişdə Ermənistanla Qarabağ arasındakı həyati əlaqə baxımından Laçın rayonunun potensialını bildiklərini qeyd edib:
“İndi sözügedən ərazilərdə ciddi təhlükə yaşanır. Bilirik ki, 9 noyabr tarixli üçtərəfli bəyanat əsasında hələ də Rusiya sülhməramlılarının vasitəçiliyilə Laçın dəhlizi ilə əlaqə davam edir. Ancaq nisbətən təhlükəsiz şəkildə dəhlizin asfalt hissəsi vasitəsilə keçə bilərik”.
S.Xaçatryanın sözlərinə görə, Türkiyə-Azərbaycan hərbi təlimlərinin keçirilməsində məqsəd Ermənistanla Qarabağ arasındakı bu kiçik əlaqənin qarşısını almaqdır:
“Azərbaycan və Türkiyə hazırda hava, hava-dəniz və quru hərbi təlimlərini davam etdirir. Xüsusi təyinatlı qruplar mütəmadi olaraq Azərbaycandan Türkiyəyə gedir və gəlir, yəni aralarındakı əməkdaşlıq çox sıxdır. Açıq şəkildə deyə bilərik ki, düşmən nə sülhü dayandırmaq, nə də durmaq niyyətindədir, əksinə, yeni müharibəyə hazırlaşır və Türkiyə ona hər cür dəstək göstərir. Müharibənin nə vaxt olacağını söyləmək çətindir, amma təhlükə hər zaman var”.
Xatırladaq ki, Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq çərçivəsində sentyabrın 6-da Laçında Türkiyə-Azərbaycan hərbi təlimləri başlayıb. Birgə təlimlər sentyabrın 10-dək davam edəcək.(publika.az)



Bakı və Ankaranın Laçında hərbi gedişi: təlimlərin hədəfi nədir?
Azərbaycan-Türkiyə təlimləri ilə bağlı - Rusiyadan SON DƏQİQƏ AÇIQLAMASI
Türkiyə Naxçıvandakı hərbi hərəkətliliklə bağlı MƏLUMAT YAYDI - VİDEO
Türkiyə qırıcıları Azərbaycana GƏLİR
Prezident: "Bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur"
Azərbaycan və Türkiyə ordusu meydana çıxarılır
Azərbaycan və Türkiyə ordusu Laçında BİRGƏ HƏRƏKƏTƏ KEÇDİ
XİN-dən Ermənistanın Laçındakı təlimlərlə bağlı iddiasına CAVAB
Ermənilər sülhə hazırlaşır?
Azərbaycan və Türkiyə ordularının birgə əməliyyat-taktiki təlimləri keçiriləcək - BU TARİXDƏ...
Bakı və Ankaradan dünyaya güc nümayişi - FOTOLAR
Azərbaycan-Türkiyə birgə hərbi təlimləri başlayır
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 