“Sevimli” əmtəə nişanı əqli mülkiyyət hüququ hesab olunur. Əqli mülkiyyət hüquqlarının hüquqi qorunmasını təmin etmək, onların mənimsənilməsinin və onlardan istifadə ilə bağlı hüquqların pozulmasının qarşısını almaq, bununla bağlı müvafiq tədbirlər görmək Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilir.
Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən verilən açıqlamada qeyd olunub ki, “Sevimli” məhsulunun saxta olmasına dair yayılan məlumatlar əsassızdır.
“Ölkəmizdə beynəlxalq standartların tələblərinə istinad edilərək hazırlanan AZS 731-1-2015 (01C/SMIIC 1:2011) “Halal Qida. Ümumi rəhbəredici sənəd” və AZS 731-2-2015 (01C/SMIIC 2:2011) “Halal sertifikatlaşdırmanı həyata keçirən orqanlar üçün rəhbəredici sənəd” standartları mövcuddur. “Standartlaşdırma haqqında” qanununa əsasən, bu sənəd standart-təkrar və ümumi istifadə üçün nəzərdə tutulan, mala (işə, xidmətə), onunla əlaqəli prosesə (o cümlədən idarəetmə sisteminə) və istehsal metodlarına dair norma, qayda və tövsiyələri müəyyən edən tətbiqi könüllü olan normativ sənəddir. “Sevimli” kolbasa məmulatı “Retro Holdinq” MMC tərəfindən istehsal edilir. Müəssisə 2019-cu ildən qida təhlükəsizliyi baxımından qeydiyyata düşüb. Dövlət reyestrində rəsmi qeydiyyatdadır. Qeydiyyatın çıxarış nömrəsi: 10-Q-00103; 30.09.2019-dur”, - açıqlamada bildirilib.
Qeyd edək ki, Azad İstehlakçılar Birliyi tərəfindən “Sevimli” nişanı ilə satışa buraxılan məhsulun saxta olmasına dair məlumat yayılmışdı. Saytımız tərəfindən göndərilən sorğuya əsasən, AQTA yayılan məlumatla bağlı araşdırma başlatmışdı.



Azərbaycanla Rusiya arasında altı sənəd imzalanıb
Bu komitə ləğv olundu
Azərbaycanda yeni mərkəz yaradıldı
Dövlət qurumunun 29 əməkdaşı işdən çıxarıldı
Azərbaycana qanunsuz gətirilən bu dərmanla bağlı XƏBƏRDARLIQ
Saxta kərə yağı istehsal edən şirkət aşkarlandı
Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi yaradıldı
AQTA-dan qida zəhərlənmələri ilə bağlı ÇAĞIRIŞ
Prezident MDB dövlətləri ilə bağlı sazişi təsdiqlədi
Qida Agentliyi 20 tona yaxın məhsulu məhv etdi
AQTA sahibkarlara müraciət etdi
Əli Əsədov qərar imzaladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 