Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən nəzarət tədbirlərini davam etdirir.
AQTA-dan ONN media-ya bildirilib ki, monitorinqlər zamanı son günlərdə quş əti və quşçuluq məhsullarının baytarlıq şəhadətnaməsi olmadan satış şəbəkələrinə qəbul olunduğu, həmçinin belə məhsulların daşınmasında müvafiq müşayiətedici sənədin olmaması faktları aşkar edilib:
"Agentlik quş əti və digər quşçuluq məhsullarının satışı ilə məşğul olan sahibkarlıq subyektlərinə müraciət edərək bildirir ki, heyvan mənşəli məhsullar, o cümlədən quşçuluq məhsulları xüsusi risk qrupuna daxil olan qida məhsullarıdır və onların istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması və satışı zamanı müvafiq normativ hüquqi aktların tələblərinə əməl edilməməsi qanun pozuntusu olmaqla yanaşı, insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər.
Odur ki, quş əti və quşçuluq məhsullarının satışı ilə məşğul olan sahibkarlıq subyektləri daha diqqətli olmalı, eyni zamanda satış üçün quş əti və digər quşçuluq məhsullarını qəbul edərkən mövcud qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməlidirlər. Ticarət şəbəkələri tərəfindən quşçuluq məhsulları qəbul olunarkən AQTA-nın verdiyi baytarlıq şəhadətnaməsi və ya arayış tələb olunmalıdır. Müvafiq sənəd olmadan qəbul edilən məhsul mənşəyi bilinməyən və dövlət baytarlıq nəzarətindən keçməyən məhsul hesab olunur".
AQTA bəyan edir ki, bu kimi hallar aşkarlanarsa, ticarət müəssisəsinin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunacaq və onların fəaliyyətinin qarşısı qanunvericiliyin tələbləri çərçivəsində qətiyyətlə alınacaq.



AQTA-dan xəbərdarlıq: Argentinadan idxala qadağa!
Saxta kərə yağı istehsal edən şirkət aşkarlandı
"Göyçə təndirin"də BİYABIRÇI MƏNZƏRƏ
Yararsız kolbasa və sosiska məhsulları aşkarlandı
Azərbaycana qanunsuz gətirilən bu dərmanla bağlı XƏBƏRDARLIQ
AQTA yararsız spirtli içkiləri məhv etdi
Bakıda şirniyyat sexinin fəaliyyəti dayandırıldı - SƏBƏB?
Ölkəyə gətirilən bu məhsullar geri qaytarıldı
Bakıda sexdən ürək bulandıran GÖRÜNTÜLƏR - ŞOK
Azərbaycanda görünməmiş iyrənclik: yediyimiz dönərlərin əti burdan gəlirmiş – FOTOLAR
Bu marketdə kərə yağı adı ilə spred yağ satırlarmış...
Rusiyadan gətirilən kartofda zərərverici aşkarlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 