Türkiyə və Rusiyanın təşəbbüsü nəticəsində keçən ilin mart ayında Moskvada əldə edilən atəşkəs razılaşması ilə bir müddət sülhün təmin edildiyi Suriyanın İdlib şəhərində yenidən gərginlik artıb.
ONN media xəbər verir ki, sözügedən bölgədə bir tərəfdən bölgədəki radikal təşkilatların fəaliyyəti, digər tərəfdən isə rejim qüvvələrinin atəşkəsi pozması ilə hava və qurudan hücumları artırması gərginliyin yüksəlməsinə səbəb olub.
Bölgədə gərginliyin artması İdlibdən Türkiyə sərhədinə doğru yeni köç dalğasının başlaması ehtimalını gündəmə gətirməsi ilə yanaşı, miqrasiya mövzusunda həssas olan Türkiyəni hərəkətə keçirib.
Vəziyyəti yaxından izləyən Ankara Moskva və İdliblə əlaqələrini gücləndirib. Yaxın günlərdə Ankara-Moskva xəttində yüksək səviyyəli danışıqların aparılacağı bildirilir. Bu çərçivədə BMT Baş Assambleyasının toplantısından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin Soçidə görüşəcəklər. Liderlərin zirvəsindən əvvəl Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrovun İdlib gündəmini müzakirə etmək üçün bir araya gələcəyi bildirilir. Danışıqlar zamanı bölgədəki son vəziyyət, rejim qüvvələri tərəfindən atəşkəsin pozulması, radikal təşkilatların hücum və hərəkətlərinə qarşı görüləcək tədbirlər, Türkiyə ilə Rusiyanın M-4 avtomobil yolunda birgə hərbi patrul fəaliyyəti və əsas gündəm mövzusu olaraq bölgədəki köç problemi müzakirə olunacaq.
Türkiyə bölgəyə qoşun yeridir
Digər tərəfdən, Türkiyə Silahlı Qüvvələrinin İdlibdəki türk əsgərlərini hədəf alan hücumlardan sonra xüsusi əməliyyatlara başladığı və bölgəyə əlavə qüvvələr göndərdiyi bildirilir. Həmçinin türk ordusuna məxsus hərbi karvanın dünən gecə İdlibə girdiyi haqda da məlumat var. Radikal təşkilatların Türkiyə Silahlı Qüvvələrinə hücumlarının sayı son 18 ayda 36-ya çatıb. Rəsmi mənbələrin verdiyi məlumata görə, hücumlar nəticəsində 12 əsgər şəhid olub, 21 əsgər yaralanıb.



Putindən Türkiyə-Rusiya "müharibəsi" ilə bağlı İLK AÇIQLAMA
Putinlə Ərdoğan arasında kritik danışıq
Türkiyə üçün yeni təhlükə
Türkiyə döyüş gəmiləri və qırıcılarını bölgəyə yeritdi - Real müharibənin ASTANASINDA
Ərdoğandan KRİTİK AÇIQLAMA: "Sülhməramlıların mövcudluğu olmadan..."
İdlibdən yüz minlərlə qaçqın Türkiyəyə göndərilir - Ərdoğan
Ərdoğan və Putin bir araya gəldi
Ərdoğan və Putin nəyi müzakirə etdi?
Türkiyə və Ukrayna arasında tarixi müqavilə...
Rusiya və Türkiyə prezidentləri görüşə bilər
Ərdoğan və Putin arasında telefon danışığı oldu - SON VƏZİYYƏTLƏ BAĞLI...
Ərdoğanın dünyanı silkələyəcək müharibə anonsuna Rusiyadan CAVAB: Hazırıq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 