ONN İnformasiya Agentliyi

Polisdən daha bir əməliyyat: 13 nəfər tutuldu

Polisdən daha bir əməliyyat: 13 nəfər tutuldu
23-09-2021, 12:09

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, kultivasiyası, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilərək sosial şəbəkələrdə onlayn yolla satışının təşkil edilməsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.

Bu barədə  DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Astara rayonu ərazisində həyata keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş Aqil Həbibov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 75 qram tiryək, narkotik vasitələrin satışından əldə olunmuş pul vəsaitlərinin yükləndiyi plastik kart aşkar edilib. Əməliyyat tədbirinin davamı olaraq onun yaşadığı evdən isə 12 kiloqram heroin, 910 qram tiryək, 2 kiloqram 60 qram “patı”, “şüşə” adlanan psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib.

Yasamal rayonunda həyata keçirilən digər əməliyyatlar zamanı isə narkotik vasitələrin satışı ilə məşğul olan Rüfət Əliyev və əvvəllər məhkum olunmuş Ülvi İsmayılov saxlanılıblar. Rüfət Əliyevdən 2 kiloqram 58 qram, Ülvi İsmayılovdan isə ümümilikdə 30 qrama yaxın heroin, metamfetamin, 4 ədəd metadon həbi və 1 ədəd elektron tərəzi aşkar edilib.

Baş İdarə əməkdaşları tərəfindən paytaxtın Nizami rayonu və Sumqayıt şəhərində həyata keçirilən digər əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Mir Museyib Yaqubov, tanışı Tehran Mustafayev, Dünya İsmayılova və Sumqayıt şəhər sakini Emil Məmmədov saxlanılıblar. Mir Museyib Yaqubov və Tehran Mustafayev üzərindən və yaşadıqları evlərdən ümimilikdə 1 kiloqram 766 qram heroin, tiryək, marixuana, metamfetamin, eləcə də 30 ədəd metadon həbi və 2 ədəd elektron tərəzi aşkar edilib. Keşlə qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Dünya İsmayılovadan isə 12 qram, Emil Məmmədovdan isə 7 qram heroin aşkar edilib.

Qeyd edilən bu əməliyyatlar zamanı saxlanılan Aqil Həbibov, Rüfət Əliyev, Ülvi İsmayılov, Mir Museyib Yaqubov,Tehran Mustafayev,Dünya İsmayılova və Emil Məmmədovun ətrafında aparılan araşdırmalarla müəyyən edilib ki, onlar xarici ölkələrdə yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərməyə çalışan narkotacirlərlə əlaqələr yaradaraq narkokuryerliyə cəlb ediliblər. Onların əsas məqsədləri əldə etdikləri külli miqdarda narkotik vasitə və psixotrop maddələri ölkə ərazisində müxtəlif şəxslərə çatdıraraq qanunsuz dövriyyəsini təşkil etmək, həmçinin narkotik maddələrin onlayn yolla satışından əldə olunan pul vəsaitlərini nağdlaşdırıb digər dəyərli əmtəə nişanları formasında ölkə xaricinə çıxarmaq olub. Bununla da onlar narkotik vasitələrin satışından əldə edilən çirkli pulların dövriyyəsinı həyata keçiriblər.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png