Sahibə Qafarovanın Qazaxıstan səfəri başladı Bu gün Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Türkdilli Ölkələrin Parlament Assambleyasının 10-cu plenar iclasında iştirak etmək üçün Qazaxıstan Respublikasının Türküstan şəhərinə işgüzar səfər edib.
ONN media xəbər verir ki, Türküstan şəhərinin Həzrət Sultan Beynəlxalq Hava Limanında nümayəndə heyətini Qazaxıstan Parlamenti Məclisinin sədr müavini Pavel Kazantsev, Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygul Kuspan, TÜRK PA-nın Baş katibi Altınbek Mamayusupov, ölkəmizin Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov və digər rəsmi şəxslər qarşılayıb. Sabah Milli Məclisin sədri TürkPA-nın 10-cu plenar sessiyası çərçivəsində keçiriləcək Şura iclasında və sessiyanın işində iştirak edəcək.
Parlamentin spikeri Sahibə Qafarovanın plenar sessiyada çıxışı gözlənilir. Tədbirdə təşkilata üzv ölkələrin – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, o cümlədən qonaq qismində Özbəkistan və müşahidəçi qismində Macarıstanın parlament nümayəndə heyətləri, Türk əməkdaşlıq təşkilatları, müşahidəçi və digər qurumların təmsilçiləri iştirak edəcəklər. Sessiyanın sonunda Türküstan Bəyannaməsi imzalanacaq, KİV nümayəndələri üçün mətbuat konfransı keçiriləcək.



Sahibə Qafarovanın Qazaxıstana rəsmi səfəri başladı
Sahibə Qafarova Özbəkistana səfər edib
Sahibə Qafarova Rusiyada rəsmi səfərdədir
Sahibə Qafarova bu gün Rusiyaya gedəcək
Sahibə Qafarova İsveçrəyə səfərə gedib
MM sədri Türkiyəyə getdi
Sahibə Qafarovanın Sergey Lavrovla görüşü başladı
Sahibə Qafarovanın Macarıstana rəsmi səfəri başladı
Milli Məclisin sədri Rusiyaya səfər edəcək
Sahibə Qafarova Rusiyada mühüm iclasda
Sahibə Qafarova İsveçrədə
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 