Ərdoğan-Putin görüşü başa çatdı: liderlər görüşdən sonra heç bir açıqlama vermədi, hərçənd, qapalı müzakirələrə keçməzdən öncə verilən qısa açıqlamalar, fotoobyektlərə tuş gələn görüntülər, Ərdoğanın Soçi səfərindən əvvəl müsbət mesajları, Ankara-Vaşinqton xəttində narazılıqlar, Türkiyə-Rusiya arasında yeni S-400 razılaşmasının mümkünlüyü və s. tərəflərin razılaşma modunda olduğu ehtimalını önə çıxarır;
Liderlərin qapalı müzakirədən öncə açıqlamalarında Qarabağla bağlı da danışması bu məsələnin gündəm mövzularından olduğunu deməyə əsas verir. Lakin görüşdən sonra açıqlamaların verilməməsi (Ərdoğanın “məhsuldar görüş” tvitini saymasaq) nəticələri proseslərin inkişafında axtarmağa məcbur edir: görüşün həm Suriya, həm də Cənubi Qafqazda proseslərə təsir edəcəyi isə şübhəsizdir;
Görüşdə bizim maraqlarımız fonunda diqqətçəkən məqam Putinin Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin Azərbaycan-Ermənistan sərhədində atəşkəsə nəzarətdə də fəal işlədiyinə dair dedikləridir.
Bunu Rusiyanın Qarabağda tərəf kimi qəbul etdiyi Türkiyəni Azərbaycan-Ermənistan sərhəd məsələsində də tərəf gördüyü kimi şərh etmək olar. Bu iki kontekstdə Bakının maraqlarına uyğundur:
1. Türkiyənin bölgədə Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığının qarantı olduğunu Rusiya qəbul edir: bu, Moskvanı mümkün təhdidlərdən çəkindirən amildir; istisna deyil ki, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin Azərbaycan-Ermənistan sərhədində də atəşkəsə nəzarət prosesinə qoşulması Şuşa Bəyannaməsi imzalanmasından sonra Moskvanın qarşısını qaldırılıb və qəbul etdirilib;
2. Azərbaycan-Ermənistan sərhədində atəşkəsə nəzarətdə iştirak edən Türkiyə sərhədin demarkasiya və delimitasiyası, eləcə də sərhəd müqaviləsinin imzalanması prosesində də iştirak edə bilər;



Ərdoğanla Putinin görüşü başa çatdı
Əliyevlə Putinin təkbətək görüşü: Bakı-Moskva xəttində hər şey qaydasındadır
Ərdoğanla görüşdən sonra Putindən VACİB AÇIQLAMA
Putin, Əliyev və Paşinyan görüşü niyə gizli keçirilib?
Kritik Soçi görüşü: Moskva Bakı ilə danışıqlara başlayır
Ərdoğan-Putin görüşü başa çatdı
Ərdoğanla Putinin razılaşmasında DİQQƏTÇƏKƏN MƏQAM
Ərdoğan Qarabağ müzakirəsi üçün Soçiyə gedir
Putin-Ərdoğan görüşündə Qarabağ niyə müzakirə edilmədi?
Paşinyan-Putin görüşü: Qarabağla bağlı hansı qərar ola bilər?
Peskovdan NİKBİN AÇIQLAMA: ciddi danışıqlar aparmağa şərait yaradan...
SON DƏQİQƏ: Türkiyə ilə Rusiya Qarabağla bağlı RAZILIĞA GƏLDİ - SAZİŞ İMZALANDI
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 