Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən tibb məntəqəsində işləyən şəxslərdən biri Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə şikayət edərək tanımadığı bir nəfərin özünü jurnalist kimi təqdim edərək onun barəsində sosial şəbəkələrdə rüsvayedici məlumatlar yayacağı ilə hədələyib pul tələb etdiyini bildirib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən qanun pozuntusunu törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Qazax rayon sakini Saleh Hüseynov zərərçəkəndən 500 manat almaq istəyərkən saxlanılaraq Qobu Polis Bölməsinə gətirilib.
Onun üzərində şəxsi axtarış aparılan zaman hədə-qorxu yolu ilə əldə etdiyi pul vəsaiti, saxta jurnalist vəsiqələri və digər maddi sübutlar aşkar olunaraq götürülüb. O, ifadəsində özünü jurnalist kimi təqdim edərək qeyd edilən hadisəni törətdiyini etiraf edib.
Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Bu şəxsin Abşeron rayonu, eləcə də, paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Saleh Hüseynovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Abşeron Rayon Polis İdarəsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.



Müdiri siçovul videosu ilə hədələyib pul istədi
Bakıda azyaşlıya qarşı CİNAYƏT
Azərbaycanda yanacaqdoldurma məntəqəsinə SİLAHLI BASQIN
Abşeronda ödəmə terminalından oğurluq edilib
Rüsvay edəcəyi ilə hədələdi və...
Bakıda qadını fotoları ilə şantaj etdilər
Qadını döyüb pulunu və qızıllarını ələ keçirdi
Bakıda saxta dollarlar aşkarlandı - RƏSMİ
Bakıda quldurluq: Taksi sürücüsünü...
Qobuda 35 kq narkotik müsadirə edildi
Qazax sakinində narkotik aşkarlandı
Bakı sakininin bank hesabından pul oğurlanıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 