Bakının Yasamal rayonu ərazisində azyaşlıya qarşı soyğunçuluq edərək onun pulunu ələ keçirən şəxs saxlanılıb. DİN -dən ONN media -ya verilən məlumata görə, zərərçəkənin valideynləri Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsinə məlumat verərək bildiriblər ki, tanımadıqları şəxs onların övladlarına yaxınlaşaraq əlində olan 5 manat pulu soyğunçuluq yolu ilə alıb. Bölmə əməkdaşlarınını həyata keçirdikləri əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş paytaxt sakini Rəsul Hüseynov saxlanılıb. O, ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edib. Saxlanılan şəxsin ətrafında aparılan əlavə əməliyyat tədbirləri zamanı onun bir neçə ay əvvəl paytaxt sakini olan bir qadının pul kisəsini oğurladığı da müəyyən edilib. Həmin vaxt Rəsul Hüüseynov zərərçəkənə 500 manat maddi ziyan vurub. Faktla bağlı 28-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Yasamalı Rayon Polis İdarəsinə göndərilib, istintaq tədbirləri davam etdirilir. Qeyd edək ki, oğurluq və soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Yasamal RPİ və ya 28-PB-nə müraciət edə bilərlər.
Bakıda azyaşlıya qarşı CİNAYƏT



Bakıda “nəzakətli” soyğunçu tutuldu
DİN: 500 manat alan "jurnalist" yaxalanıb
Abşeronda ödəmə terminalından oğurluq edilib
Yasamalda qadın "soyuldu"
Bakıda evdən 5 500 manat oğurlandı
Azyaşlının pulunu oğurlayan şəxs saxlanıldı
Bakının mərkəzində CİNAYƏT
Bakıda axtarışda olan şəxs tutuldu
Bakıda taksi qaçırıldı
Bakıda quldurluq: Taksi sürücüsünü...
İmişlidə 162 min manatlıq dələduzluq edən şəxs tutulub
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 