Bu ilin 31 may tarixində Bakı şəhər Xəzər rayonu Şimal DRES qəsəbəsi, Starçuk küçəsində azyaşlıya qarşı əxlaqsızlıq etmiş şəxs barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ONN media xəbər verir ki, Xəzər rayon Məhkəməsində Vitali Alekseyev (şərti) barəsində Cinayət Məcəlləsinin 153.2-ci (əxlaqsızlıq-yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi üzrə açılmış cinayət işi ilə bağlı keçirilmiş məhkəmədə təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib:
“Çox peşmanam, vəziyyətin bu yerə gəlib çıxmasına görə mənəvi əzab çəkirəm, sarsıntı keçirirəm. Həm Uğurdan (şərti), həm də onun valideynlərindən üzr istəyirəm, bağışlanmağımı xahiş edirəm və söz verirəm ki, həmin məhəllədən başqa yerə köçüb gedəcəyəm. Himayəmdə yetkinlik yaşına çatmayan bir uşağım var. Bütün bunların nəzərə alınaraq mənə yüngül cəza verilməsini xahiş edirəm”.
Məhkəmə prosesində məlum olub ki, Vitali elektrik-santexnik ustası kimi çalışıb. O, uzun illərdir tanıdığı qonşusunun evində təmir işləri ilə məşğul olarkən ev sahibinin mağazaya getməsindən istifadə edərək onun 7 yaşlı oğluna qarşı əxlaqsız hərəkətlər edib. Etdiyi hərəkətin mahiyyətini tam anlamayan azyaşlını qucağına otuzduran usta ona müxtəlif hərəkətlər edərək və etdirərək cinsi ehtirasını pozğuncasına təmin edib. Hadisədən bir neçə gün sonra azyaşlı Vitalinin hərəkəti barədə anasına danışıb və polisə məlumat verilib.
Azyaşlının atası məhkəməyə ifadəsində hadisə baş verən gün Vitalinin hərəkətlərindən, xüsusilə axşam evə gedərkən onun uşağı özü ilə evinə oynamaq adı ilə aparmaq istəməsindən şübhələndiyini deyib.
Məhkəmə Vitalinin 2 il müddətinə azadlıqdan məhrum edilməsinə hökm edib.



Azərbaycanda 18 yaşlı qızın tualetə zəncirlənməsinə görə cinayət işi açıldı
Bakıda yetkinlik yaşına çatmayan iki nəfər BIÇAQLANDI
Abşeronda İYRƏNC CİNAYƏT
63 yaşlı kişi 6 yaşlı qızı dəfələrlə MAŞININDA ...- ŞOK
Əsgər Ağayevin şikayəti təmin edilmədi
Azərbaycanda tükürpədici HADİSƏ - Bacısının azyaşlı qızına...
Bakıda polis rəisinin sürücüsündən azyaşlı qıza qarşı ƏXLAQSIZ HƏRƏKƏT
AMEA-nın obyektində əxlaqsızlıq yuvası aşkarlanıb
Məhkəmə Nərminin qatili ilə bağlı QƏRAR VERDİ
Azərbaycanda həbsdə olan polkovnik azadlığa buraxılıb?
Bərdədə 18 yaşlı qızı zəncirləyən şəxs saxlanıldı
Azərbaycanda ŞOK OLAY: Kişi arvadını “Tik-Tok”a görə döydü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 