Lənkəranda maskalı şəxslər yanacaqdoldurma məntəqəsinə basqın edib, xəsarət alan var.
Hadisə bu gün səhər saatlarında rayonun Girdəni kəndi ərazisində baş verib.
Basqın zamanı 1983-cü il təvəllüdlü Girdəni kənd sakini Amid Şakir oğlu Kərimov bıçaq xəsarətləri alıb. Yaralı Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Baş, əl və qarın nahiyəsindən xəsarətlər alan A.Kərimov əməliyyata alınıb. Şahidlərin dediyinə görə basqın edənlər üç nəfər olub. Onlardan biri əlində kustar üsulla hazırlanmış kəsici-deşici alətlə dispeçer otağına soxulub. Pulları qarət etmək istəyib. Yanacaq doldurma məntəqəsinin digər əməkdaşı yoldaşına kömək edərək pulların qarət olunmasına mane olub. İki tərəf arasında dava düşüb. Nəticədə A.Kərimov bir neçə yerdən xəsarət alıb. Bundan sonra basqın edən şəxslər hadisə yerindən uzaqlaşıblar. Basqın edən şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.



Yanacaqdoldurma məntəqəsinə basqın olub
Maskalılar Bakıda “Bazarstore”a silahlı basqın etdi – Yaralılar var
Bakıda ticarət köşkünə silahlı basqın edildi
Bakıda mağazaya basqın - SAHİBİNİ...
Məşhur telekanalın ofisinə basqın olub
Bakıda silahlı şəxs mağazaya basqın edib
Abşeronda yanacaq məntəqəsinə basqın
Rusiyada silahlı şəxslər zavodu ələ keçirdi
Sumqayıtda evə silahlı basqın edildi
Minskdə rus şirkətinə SİLAHLI BASQIN
Azərbaycanda YDM-ə basqın edən maskalı şəxs belə yaxalandı
Lənkəranda yol qəzası olub
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 