11 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubileyi ilə bağlı yülsək səviyyəli görüş çərçivəsində Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Milorad Dodik ilə görüşüb.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan ilə Bosniya və Herseqovina arasında ikitərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğu vurğulanıb.
Nazir Ceyhun Bayramov keçmiş münaqişənin həlli ilə bağlı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə Bosniya və Herseqovinanın hər zaman dəstək verdiyini məmnunluqla qeyd edib.
Milorad Dodik COVİD-19 pandemiyası ilə mübarizədə Azərbaycanın göstərdiyi yardıma görə təşəkkürünü ifadə edib.
Görüşdə tərəflər qarşılıqlı şəkildə səfirliklərin açılması prosesinin sürətləndirilməsinin münasibətlərin daha da inkişafına təkan verəcəyini vurğulayıblar.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.



Ceyhun Bayramov tacikistanlı həmkarı ilə görüşüb
Rusiyadan dəstək aldıqdan sonra açıqladı: “Ölkəni parçalayacağam”
Bayramov iraqlı həmkarı ilə görüşdü
Azərbaycan və Almaniyanın XİN başçıları Ukraynadakı vəziyyəti müzakirə ediblər
Ceyhun Bayramov ATƏT sədri ilə görüşdü
Ceyhun Bayramov Qaxaria ilə görüşdü
Azərbaycanın bu ölkədə səfirliyi açılacaq - Bayramov
Ceyhun Bayramov Küveytin səfiri ilə görüşdü
Ceyhun Bayramov Banqladeşin səfiri ilə görüşüb
Bayramov Qaribaşvili ilə görüşdü
Azərbaycan və İraqın XİN başçıları görüşdü
Ceyhun Bayramov İranlı həmkarı ilə görüşüb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 