24 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstanın Baş naziri Giorgi Qaxaria ilə görüşüb. Xarici İşlər Nazirliyindən ONN media -ya verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan-Gürcüstan yüksək səviyyəli strateji əməkdaşlıq münasibətlərinin bir çox aspektləri üzrə fikir mübadiləsi aparıblar. Gürcüstan Baş naziri Azərbaycan Respublikasının Prezidentini cari ilin 19 sentyabr tarixində çıxışı zamanı Gürcüstan ilə bağlı söylədiklərini minnətdarlıq ilə qeyd edərək, bu çıxışın Gürcüstan ictimaiyyəti tərəfindən yüksək səviyyədə qəbul edildiyini qeyd edib. Nazir Ceyhun Bayramov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını Gürcüstan Baş nazirinin diqqətinə çatdırıb. Mehriban qonşuluq və dostluq mümasibətlərinə əsaslanan əməkdaşlıq və tərəfdaşlıq əlaqələrimizin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb. Tərəflər birgə həyata keçirilən irimiqyaslı regional layihələr, o cümlədən enerji, nəqliyyat sahəsində layihələrin nəinki iki ölkə, həmçinin bölgə üçün əhəmiyyətini qeyd ediblər. Bu xüsusda yeni layihələrin həyata keçirilməsinin zəruriliyi vurğulanıb. İki ölkə arasında mövcud tranzit imkanlarının gələcəkdə daha da genişləndirilməsi üzrə fikir mübadiləsi aparılıb. Hazırda dünyanın üzləşdiyi pandemiya ilə mübarizə çərçivəsində iki ölkənin qarşılıqlı əməkdaşlıq münasibətlərinin, xüsusilə daşımaların maneəsiz davam etdirildiyi xüsusilə vurğulanıb. Tərəflər, həmçinin humanitar, mədəniyyət, ekologiya və turizm sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov Qaxaria ilə görüşdü



Bayramov Qaribaşvili ilə görüşdü
Azərbaycan və Gürcüstan XİN başçıları müzakirə apardılar
Ceyhun Bayramov İmran Xanla görüşdü
Ceyhun Bayramov Milorad Dodik ilə görüşdü
Azərbaycan zəlzələ ilə bağlı Gürcüstana yardım təklif etdi
Ceyhun Bayramovun Gürcüstana səfər proqramı açıqlandı
Bayramov gürcüstanlı həmkarı ilə görüşdü - YENİLƏNDİ
Ceyhun Bayramov İranlı həmkarı ilə görüşüb
Ceyhun Bayramov Məhəmməd Cavad Zəriflə görüşdü
Əli Əsədov Gürcüstan prezidenti ilə görüşdü
Ceyhun Bayramovla Lavrov telefonla danışdı
Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 