Qoşulmama Hərəkatının (QH) 60 illik yubileyi ilə əlaqədar Serbiyanın paytaxtı Belqradda keçirilən yüksək səviyyəli görüşlə bağlı Hərəkatın sədri qismində Azərbaycan tərəfindən xülasə sənədi yayılıb.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, sənəddə iştirakçı üzv və müşahidəçi ölkələlərin, təşkilatların, habelə qonaq ölkə və təşkilatların Azərbaycan və Serbiya tərəfindən birgə təşkil olunan görüşün əhəmiyyətini yüksək qiymətləndirdikləri qeyd olunur. Burada 1961-ci il Belqrad Konfransının tarixi əhəmiyyətinə diqqət yetirilərək, Qoşulmama Hərəkatının Bandunq Prinsiplərinə uyğun olaraq bütün dövlətlərin sülh şəraitində birgə yaşayışı və dayanıqlı inkişafın təşviq olunması məqsədi və Hərəkatın əsasını qoyan şəxslərin uzaqgörən müdrikliyi və qətiyyəti nəticəsində dünyanın ikinci böyük siyasi platformasının yaradılması təqdir edilir.
Beynəlxalq sülh və təhlükəsizliyə olan yeni hədə və təhdidlərə rəğmən hazırda Qoşulmama Hərəkatının artmaqda olan effektivliyi, möhkəmlənən birliyi və müasir çağırışlara uyğunlaşdığı məmnunluqla ifadə edilir.
Tədbir iştirakçılarının beynəlxalq vəziyyəti, o cümlədən beynəlxalq hüquqa hörmətsizliklə müşayiət olunan artmaqda olan siyasi gərginlik, ayrıseçkilik, irqçilik və ksenofobiyanın artımının davam etməsi, COVID-19 pandemiyası və onun dünya dövlətlərinin sosial-iqtisadi vəziyyətinə təsiri və s. təhlil edərək qlobal səylərin çoxtərəflilik, beynəlxalq əməkdaşlıq və həmrəylik ruhunda səfərbər edilməsinin əhəmiyyətini vurğuladıqları sənəddə öz əksini tapır.
Burada, həmçinin tədbir iştirakçılarının QH-nin hazırkı sədri qismində Azərbaycan Respublikası Prezidenti tərəfindən irəli sürülmüş təşəbbüslərin, o cümlədən COVİD-19 pandemiyası ilə mübarizə sahəsində, eləcə də pandemiya sonrası bərpa ilə əlaqədar təşəbbüslərini yüksək qiymətləndirdikləri vurğulanır.
İştirakçı ölkələrin QH-nin Azərbaycan sədrliyinin, qlobal ehtiyacların qarşılanmasında təsirli töhfəni təmin etmək üçün Hərəkatın beynəlxalq müstəvidəki rolunun və fəaliyyətinin artırılmasına yönəlmiş səylərini dəstəklədikləri sənəddə qeyd olunur:
"Onu da bildirmək istərdik ki, yüksək səviyyəli tədbir çərçivəsində baş verən əsas hadisələrdən biri də Azərbaycan sədrliyinin təşəbbüsü ilə bir müddət öncə yaradılmış QH Gənclər Şəbəkəsinin pandemiya sonrası bərpa dövrü ilə əlaqədar Hərəkatın üzv ölkələrinin rəhbərlərinə öz tövsiyələrini təqdim etmələri oldu. Vurğulamaq istərdik ki, Azərbaycan sədrliyinin təşəbbüsü ilə QH-nin Gənclər Şəbəkəsinin yaradılması yüksək səviyyəli tədbirin bir çox iştirakçıları tərəfindən edilən çıxışlarda alqışlanıb".



Qoşulmama Hərəkatına üzv olan ölkələrə VACİB TƏKLİF
Azərbaycan buna müvəffəq olub - İlham Əliyev
Azərbaycan Qoşulmama Hərəkatında olduqca böyük nüfuz qazandı
Bayramov iraqlı həmkarı ilə görüşdü
Qoşulmama Hərəkatın Bakı Siyasi Bəyannaməsi qəbul edildi
Azərbaycan XİN bəyanat yaydı
Serbiya Prezidenti İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət edib
Azərbaycan Qoşulmama Hərəkatına daha bir il sədrlik edəcək
Prezident konfrans iştirakçılarına müraciət ünvanladı
120 dövlət Ermənistanı işğalçı kimi tanıdı
Azərbaycan 4 ölkəyə 150 min doza peyvənd ianə edib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 