Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Nadim Raza ilə görüşüb. Bu barədə Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib. General N.Raza Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbənin, torpaqların işğaldan azad olunmasının Pakistanda da rəğbətlə qarşılandığını vurğulayaraq bu münasibətlə səfirə təbriklərini çatdırıb, Dağlıq Qarabağ məsələsində Pakistanın Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyini bildirib. General, iki ölkə arasındakı olan qardaşlıq münasibətlərinin inkişafından məmnunluğunu ifadə edərək, Azərbaycan Silahlı Qüvvələri ilə təcrübə mübadiləsi, birgə təlimlərin keçirilməsi, qarşılıqlı səfərlərin təşkili, hərbi, hərbi-təhsil və hərbi-texniki sahədə əməkdaşlığın davam etdirilməsi və daha da möhkəmlənməsinə Pakistan Silahlı Qüvvələrinin önəm verdiyini və bu istiqamətdə səylərin daha da artırılacağını bildirib. Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə, Ermənistanın Azərbaycana qarşı son təxribatları və 10 noyabr 2020-ci il tarixli birgə bəyanatdan sonra bölgədə mövcud olan cari vəziyyət haqqında məlumat verib. Azərbaycan və Pakistanın möhkəm təməllər üzərində qurulan və iki qardaş xalqın iradəsini əks etdirən dostluq və əməkdaşlıq münasibətlərinə malik olduqlarını bildirən səfir, bu münasibətlərin ən əhəmiyyətli sahələrindən olan müdafiə, təhlükəsizlik və hərbi sahələrdə də ölkələrimizin strateji tərəfdaşlığa malik olduğunu vurğulayıb və hər iki ölkənin rəhbərliyinin səyləri və müsbət yanaşmaları nəticəsində qeyd olunan sahələrdə də mütəmadi yüksəlişin müşahidə edildiyini qeyd edib. Pakistanın Vətən Müharibəsi dövründə də Azərbaycanın yanında dayanaraq ölkəmizin haqlı mövqeyini dəstəkləməsinin böyük məmnunluqla qarşılandığını vurğulayan Ə.Əlizadə, göstərilən bu mənəvi və siyasi dəstəyə görə Pakistan xalqına və Hökümətinə, eləcə də Pakistan Silahlı Qüvvələrinə təşəkkürlərini çatdırıb. Görüşdə, regionda sülh və sabitliyin təmin olunmasında Pakistan və Azərbaycanın göstərdiyi səylər, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Pakistanın Baş Qərargah rəisi Qarabağdan danışdı



Pakistanlı general: "Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstək davam edəcək"
Həsənov pakistanlı generalla görüşdü
Pakistanın Baş Qərargah rəisi Azərbaycanda səfərdədir
Zakir Həsənov Pakistanlı həmkarı ilə görüşdü
MDB-nin Qərargah Rəisləri Bakıya gəlib
Zakir Həsənov Zobaida Cəlalla görüşdü
Zakir Həsənov Şamşad Mirzan ilə görüşdü
Zakir Həsənov pakistanlı komandanla görüşdü
Ceyhun Bayramov Pakistan Ordusunun Baş Qərargah rəisi ilə görüşdü
Nazir Rusiyadan yeni silah alınmasından danışdı
Türk general Naxçıvanda Vasif Talıbovla görüşdü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 