Dünən səhər saatlarında paytaxtın Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti məlum olub.
3 saylı Kliniki Şəhər Xəstəxanasının Cərrahiyyə şöbəsindənbildirilib ki, hazırda həmin şöbədə 4 xəstənin müalicəsi davam etdirilir: "Xəstələrdən biri baldırın aşağı hissəsindən amputasiya olunub. İki xəstədə isə kəllə-beyin travması var və müalicələri davam etdirilir. Sonuncu xəstə əməliyyat olunub və süni tənəffüs aparatına qoşulub".
Sözügedən xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 10 nəfərin vəziyyəti isə stabil-ağır olaraq qalır. Həmçinin, 1 saylı Kliniki Tibbi Mərkəzdə stasionar şəkildə müalicə alan 3 nəfərin də vəziyyəti stabil-ağır qiymətləndirilir.
3 saylı Kliniki Şəhər Xəstəxanasında palatalara yerləşdirilən 6 nəfərin durumu stabildir.
Qeyd edək ki, ötən gün baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər həyatını itirib, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə müvafiq xəstəxanalara yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən yük avtomobilinin sürücüsü Mahmud Əzizov həbs edilib. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.



Bakı-Sumqayıt yolundakı ağır qəzada xəsarət alanların SON DURUMU
Bakıda partlayışda xəsarət alanların 9-nun vəziyyəti ağırdır
Avtobus qəzasında xəsarət alanların SON DURUMU- 11 nəfər...
Zəhərlənən tələbələrin son durumu... - Nazirlik açıqladı
Şəkidə xəsarət alanların SON VƏZİYYƏTİ barədə - RƏSMİ
Qayıqdakı partlayışda yaralananların son durumu
Sumqayıtda qəzada xəsarət alanların vəziyyəti açıqlanıb
Xan sarayında yaralananların vəziyyəti necədir?
Gecə klubundakı partlayışda yaralananların SON DURUMU
Mingəçevirdə hepatitə yoluxan şagirdlərin son durumu: Birinin vəziyyəti ağırdır
Minaya düşən şəxsin son durumu necədir?
Şəki Xan Sarayının ərazisinə giriş bir müddət bağlı olacaq - RƏSMİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 