Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubov oktyabrın 13-14-də Türkiyə Respublikası Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlunun dəvəti ilə Ankara şəhərində rəsmi səfərdə olub.
ONN media xəbər verir ki, səfər Şuşa Bəyannaməsinin müddəalarına uyğun olaraq hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin qarşılıqlı maraq doğuran aktual məsələlərin müzakirəsi məqsədilə həyata keçirilib.
Seyfullah Hacımüftüoğlu ilə keçirilən ikitərəfli görüşdə Ramil Usubov dost və qardaş ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, hüquqi və təhlükəsizlik sahələrində əlaqələrin ən yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edərək, bu münasibətlərin regionda sülhün, əmin-amanlığın möhkəmlənməsinə xidmət etdiyini bildirib.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşlıq və dostluq münasibətlərinin hər iki dövlət arasında əməkdaşlığa böyük töhfə verdiyi xüsusi vurğulanıb.
General-polkovnik Ramil Usubov ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamına, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərin bu gün qardaş ölkələrin prezidentlərinin rəhbərliyi ilə müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə qalxdığını, Vətən müharibəsinin ilk anlarından qardaş Türkiyənin qətiyyətli siyasi və mənəvi dəstəyinin, münaqişənin ədalətli həlli ilə bağlı ortaya qoyduğu qəti və birmənalı mövqeyinin xalqımızın haqq işinin Zəfərlə başa çatmasında çox mühüm rol oynadığını qeyd edib.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının peşəkarlığının artırılmasında, birgə təlimlərin keçirilməsində, digər nailiyyətlərdə Türkiyə Silahlı Qüvvələrinin xidmətləri xüsusi qeyd olunub.
2021-ci iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanması ilə ölkələrimiz arasındakı əməkdaşlıq münasibətlərində yeni səhifənin açıldığı, sənədin müddəalarından irəli gələn öhdəliklərin həyata keçirilməsi sahəsində vəziyyət və perspektivlər barədə geniş müzakirələr aparılıb.
Səmimi və xoş sözlərə görə təşəkkürünü ifadə edən Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlu qardaş ölkələrimiz arasında əlaqələrin genişlənməsi üçün səylərini əsirgəməyəcəyini bildirib, bu səfərin də təhlükəsizlik sahəsində birgə fəaliyyətin təkmilləşməsinə öz töhfəsini verəcəyini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov da iştirak edib.
Səfər zamanı Ramil Usubov Türkiyənin Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, daxili işlər naziri Süleyman Soylu ilə görüşlər keçirib.
Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyəti səfər çərçivəsində Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbri ziyarət edib. Abidənin önünə əklil qoyulub.
Azərbaycan nümayəndə heyəti, həmçinin Ankaradakı Heydər Əliyev Parkında olub, Ümummilli Liderin burada ucaldılan abidəsi önünə əklil qoyub.



Ramil Usubov Türkiyəyə getdi
Ramil Usubov özbək həmkarı ilə görüşdü
Bakıda Serbiya Milli Təhlükəsizlik Şurasının katibi ilə mühüm görüş
Ramil Usubov Nikolay Patruşevlə görüşdü
Ramil Usubov Təhlükəsizlik Şurasının katibi postunda kimi əvəz etdi?
İlham Əliyev Rəcəb Tayyib Ərdoğan ilə görüşdü
Prezident Ramil Usubovla görüşdü
Ramil Usubovun təyin olunduğu qurum hansı işləri görür?
Usubov Moskvada həmkarı ilə müqavilə imzaladı
Ramil Usubov Moskvada toplantıda iştirak edir
Ərdoğan da Şuşa Bəyannaməsini TƏSDİQLƏDİ
Ramiz Mehdiyevlə Patruşev arasında mühüm görüş
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 