AZAL prezidenti Cahangir Əsgərov “L-3 Technologies” şirkətinin bölməsi “Commercial Training Solutions”un Prezidenti Robin Qlover-For (Robin Glover-Faure) ilə görüş keçirib.
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən ONN media-ya verilən məlumata görə, görüşdə tərəflər əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Qonaqlar qeyd ediblər ki, qabaqcıl texnologiyanın tətbiqi ilə Azərbaycanda mülki aviasiya sahəsində yaradılmış imkanlar onlara böyük təəssürat bəxş edib.
“L-3 Technologies” şirkəti öz innovasiya layihələri sayəsində “Azərbaycan Hava Yolları” aviaşirkətinə personalın hazırlığı, uçuş imitasiya kompleksləri, habelə kombinə edilmiş nəzəri və interaktiv tədris proqramları sahəsində ən müasir texnologiyaları təqdim edəcək.
Tərəflər AZAL və “Buta Airways”in uçuş heyətinin hazırlığı məqsədilə “Boeing-737 MAX” və “Embraer 190” tipli təyyarələri üçün “Full Flight Simulator” trenajor komplekslərinin tədarükü məsələlərini müzakirə ediblər.
Danışıqlar zamanı həmçinin Milli Aviasiya Akademiyasında “L-3 Technologies” şirkəti ilə birgə pilotların hazırlığı üzrə yeni trenajor mərkəzinin inşası müzakirə olunub.
Müqavilənin imzalanması oktyabrın ortalarına planlaşdırılır. Yeni trenajorların 2020-ci ilin ortalarında fəaliyyətə başlayacağı gözlənilir.
“Azərbaycan Hava Yolları” hava parkının yenilənməsi üzrə genişmiqyaslı proqram həyata keçirir. Bu yaxınlarda “Buta Airways” loukost aviaşirkəti üçün yeni “Embraer E-190” təyyarəsi alınmışdır. Yaxın vaxtlarda AZAL-ın hava gəmisi parkının yeni nəsil “Boeing 737 MAX” təyyarələri ilə genişləndirilməsi nəzərdə tutulur. Hava gəmiləri parkının yenilənməsi proqramı uçuş heyətinin peşəkar təkmilləşdirməsini tələb edir.
“L-3 Technologies” şirkətindən alınan simulyatorlar Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO DOC 9625-1) və EASA-nın (Certification Specification CS-FSTD(A)) ən yüksək “Level D” səviyyəsi üzrə tələblərinə uyğundur.
Səfər çərçivəsində qonaqlar Azərbaycanın mülki aviasiya obyektləri, o cümlədən “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi və bu yaxınlarda “SkyTrax” auditor şirkəti tərəfindən maksimum “5 Ulduz” reytinqinə layiq görülən Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi ilə tanış olublar.
Robin Qlover-For bildirib: “Biz “Azərbaycan Hava Yolları” aviaşirkəti ilə “B737 Max” və “Embraer E-190” təyyarələri üçün Reality 7 uçuş simulyatorlarının təchiz edilməsi məqsədilə Niyyət məktubu imzalamaqdan böyük məmnunluq duyuruq. Biz bu təlim həllinin vaxtında və ən yüksək keyfiyyətlə çatdırılmasında “Azərbaycan Hava Yolları” ilə tərəfdaşlıq etməyə səbirsizlənirik”.
“L-3 Technologies” şirkəti pilotların, həmçinin mülki və hərbi hava gəmilərinə xidmət göstərən texniki heyətin trenajor hazırlığı üçün platformaların işlənib hazırlanması və yaradılması sahəsində dünya lideridir.
“L-3 Technologies” şirkətinin mülki aviasiya üçün uçuş trenajorlarının istehsalı üzrə bölməsi - “L-3 Commercial Training Solutions”-un ofisi Krouli şəhərində (Böyük Britaniya) yerləşir.
“L-3” şirkətinin mülki və hərbi sektor üçün trenajor hazırlığı sistemlərinin tədarükü coğrafiyası genişdir: Şimali Amerika, Avropa, Asiya və Sakit Okean regionu. “L-3” şirkətinin baş ofisi Texas ştatının Arlinqton şəhərində, nümayəndəlikləri isə Binqamton (Nyu-York ştatı), Orlando (Florida ştatı), Oklahoma siti, Broken Errou (Oklahoma ştatı), Finiks (Arizona ştatı) və Kroulidə (Böyük Britaniya) yerləşir.



AZAL yeni təyyarələr alır
Azərbaycan və Avropa hava hərəkətinin təşkili sahəsində əməkdaşlığı möhkəmləndirir
AZAL-ın təyyarəsini hava boşluğundan çıxaran pilotlar mükafatlandırıldı
DİQQƏT: Azərbaycanla Pakistan arasında birbaşa aviareys açılacaq
Heydər Əliyev Beynəlxalq Aeroportunda mülki pilotsuz aparatların uçuşlarının Vahid Nəzarət Mərkəzi yaradılır
“AZAL”ın prezidenti ABŞ Nəqliyyat Komandanı ilə görüşüb
Bilet alanlara şad xəbər- Müddət uzadıldı
Cahangir Əsgərov “Iran Air” aviaşirkətinin rəhbəri ilə görüşdü
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
Əbu-Dabidən Bakıya aviareys açılıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 