Nazirlər Kabineti “Təbii ehtiyatlara görə ödəmələrin, çirkləndirici maddələrin təbii mühitə atılmasına görə ödəmələrin tətbiqi və həmin ödənişlərdən əmələ gələn vəsaitdən istifadə haqqında” 1992-ci il 3 mart tarixli 122 nömrəli, “Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə Qaydası və ödənişin məbləği”nin təsdiq edilməsi haqqında” 2015-ci il 21 aprel tarixli 114 nömrəli və “Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün yeni smeta-normativ və qiymətqoyma sisteminin və onun əsasında qiymətqoymanın resurs metodunun tətbiq olunması ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2021-ci il 25 may tarixli 150 nömrəli qərarlarında dəyişiklik edib.
Bu barədə qərar Baş nazir Əli Əsədov imzalayıb.
“Təbii ehtiyatlara görə ödəmələrin, çirkləndirici maddələrin təbii mühitə atılmasına görə ödəmələrin tətbiqi və həmin ödənişlərdən əmələ gələn vəsaitdən istifadə haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 3 mart tarixli 122 nömrəli Qərarına 7 nömrəli əlavə - “Azərbaycanın iqtisadi rayonlarında ekoloji vəziyyət və atmosfer havasının ekoloji əhəmiyyət əmsalları”nda aşağıdakı dəyişikliklər edilib:
“Azərbaycanın iqtisadi rayonlarında” sözləri “Azərbaycan Respublikasının ərazisində” sözləri ilə; “İqtisadi rayonlar” sütununda “İqtisadi rayonlar” sözləri “Azərbaycan Respublikasının ərazisi üzrə:” sözləri ilə əvəz edilib.
Eyni zamanda 1-ci bənddə “Səbayel” sözü “Səbail” sözü ilə, “Əzizbəyov” sözü “Xəzər, Pirallahı” sözləri ilə əvəz edilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 aprel tarixli 114 nömrəli Qərarı ilə təsdiq edilmiş
“Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri
ilə ödənişli əsaslarla istifadə Qaydası və ödənişin məbləği”nin 3.1-ci bəndində verilmiş cədvəlin 12-ci hissəsinin “Ödənişin məbləği” sütununda “Abşeron və Aran” sözləri “Abşeron-Xızı, Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan” sözləri ilə, “Yuxarı Qarabağ” sözləri “Qarabağ” sözü ilə və “Lənkəran, Gəncə-Qazax” sözləri “LənkəranAstara, Gəncə-Daşkəsən, Qazax-Tovuz” sözləri ilə əvəzlənib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 25 may tarixli 150 nömrəli Qərarı ilə təsdiq edilmiş 8 nömrəli əlavə - “Tikinti-quraşdırma işlərinin qış vaxtında yerinə yetirilməsi ilə əlaqədar olan əlavə xərclərin smeta normaları toplusu”nun 4 nömrəli cədvəlinin 2-ci hissəsinin “Respublikanın, bölgələrin adları” sütununda “Yuxarı Qarabağ” sözləri “Xankəndi şəhəri, Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları” sözləri ilə əvəzlənib.



Baş Nazir 22 il əvvəl qəbul edilən qərarı dəyişdirdi
Əli Əsədovdan yeni QƏRAR: Bu qurumlar...
İlham Əliyev fərman imzaladı
İlham Əliyev fərman imzaladı
İlham Əliyev FƏRMAN İMZALADI
Əli Əsədovdan karantin rejimi ilə bağlı SƏRƏNCAM
İlham Əliyev SƏRƏNCAM İMZALADI
Prezident sərəncam imzaladı
Nazirlər Kabineti Prezidentin Fərmanı ilə bağlı bir sıra qərarlara dəyişiklik etdi
İlham Əliyev 2 fərman imzaladı
İlham Əliyev sərəncam imzaladı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 