Oktyabrın 17-də futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.
"Kapital Bank Arena"da "Sumqayıt" və "Neftçi" komandaları üz-üzə gəlib. FIFA referisi Elçin Məsiyevin idarə etdiyi görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hər iki qol ikinci hissədə vurulub. Matçın 50-ci dəqiqəsində meydan sahiblərindən Murad Xaçayev topu rəqib qapısından keçirib. Bundan cəmi 4 dəqiqə sonra qonaqların belçikalı yarımmüdafiəçisi Sabir Buqrin uzaqdan baxımlı qola imza atıb. 77-ci dəqiqədə isə "Sumqayıt"ın və Azərbaycan millisinin zədəsini yenicə bərpa olunmuş hücumçusu Əli Qurbani ikili mübarizə zamanı dizindən xəsarət alaraq əvəzlənməli olub. Bu nəticədən sonra "Neftçi" 14 xalla 2-ci, "Sumqayıt" 8 xalla 5-ci pillədə qalıb.
Qeyd edək ki, turun ilk oyun günündə "Keşlə" evdə "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib, "Qəbələ" - "Zirə" matçı isə heç-heçə ilə yekunlaşıb - 1:1.
Tura bu gün "Sabah" - "Qarabağ" qarşılaşması ilə yekun vurulacaq.



"Qarabağ" səfərdə "Sumqayıt"ı darmadağın etdi
"Qarabağ" növbəti qələbəyə imza atdı
"Qarabağ" "Zirə" ilə heç-heçə etdi
"Sabah" öz meydanında "Səbail"ə məğlub oldu
"Qarabağ"ın 16 oyunluq uğurlu seriyasına son qoyuldu
"Qəbələ" "Səbail"i darmadağın etdi
"Qarabağ" "Neftçi"ni məğlub etdi
Bu gün Azərbaycan Premyer Liqasında daha bir oyun keçiriləcək
"Qarabağ"dan növbəti qələbə
Azərbaycan Premyer Liqasında VI turun növbəti oyunu keçirilib
"Qarabağ"dan möhtəşəm qələbə
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 