Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulub.
ONN media xəbər verir ki, turun son matçında "Qarabağ" "Səbail"in qonağı olub. "ASCO Arena"dakı oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada hesab 32-ci dəqiqədə açılıb. Nikolas Raysel "dənizçilər"i önə keçirib. 10 dəqiqə sonra Mirsayib Abbasov fərqi 2 topa çatdırıb. 65-ci dəqiqədə qonaqların braziliyalı yarımmüdafiəçi Kadi Borges topu künc nöqtəsindən birbaşa qapıya göndərməklə baxımlı qola imza atıb. Matçda son nöqtəni isə Turan Manafov qoyub. O, əsas vaxa əlavə olunmuş 1-ci dəqiqədə cərimə zərbəsindən əla qolla yekun hesabı müəyyənləşdirib.
Bu, "Qarabağ"ın cari mövsümdə ilk məğlubiyyəti olub. Həmçinin "köhlən atlar"ın 16 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyulub.
Bu nəticədən sonra "Qarabağ" 17 xalla liderliyini qoruyub. Xallarını 9-a çatdıran "Səbail" isə 5-ci pilləyə yüksəlib.
Qeyd edək ki, ilk oyun günündə "Sabah" evdə "Sumqayıt"a 3:0, "Qəbələ" səfərdə "Keşlə"yə 3:2 hesabı ilə qalib gəlib. Ötən gün baş tutan matçda isə "Neftçi" "Zirə"ni məğlub edib - 2:1.



"Qarabağ" "Şamaxı"nı 8 cavabsız qolla MƏĞLUB ETDİ
"Qarabağ" "Səbail"i darmadağın etdi
"Qəbələ" "Səbail"i darmadağın etdi
"Qarabağ" "Sabah"ı məğlub etdi
"Sabah" öz meydanında "Səbail"ə məğlub oldu
"Neftçi" "Keşlə"ni darmadağın etdi
"Qarabağ" növbəti qələbəsini qazandı
"Neftçi" "Sumqayıt"la heç-heçə etdi
"Sabah" "Qəbələ"ni bu hesabla məğlub etdi
"Qarabağ" "Neftçi"ni məğlub etdi
"Qarabağ"dan növbəti qələbə
"Qarabağ"dan möhtəşəm qələbə
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 