Düşünürəm ki, belə bir islahata ehtiyac var. Son otuz ildə dünyada bəzi dərin dəyişikliklər baş verdi və BMT Təhlükəsizlik Şurasının hazırkı tərkibi bu dəyişikliklərin mahiyyətini əks etdirmir.
Bu sözləri Beynəlxalq Siyasət Araşdırmaları Mərkəzinin eksperti, Barselona Beynəlxalq Araşdırmalar İnstitutunun üzvü Sergey Suhankin BMT Təhlükəsizlik Şurasındakı veto hüququna malik dövlətlərin sayının artırılma ehtimalından danışarkən deyib.
Onun sözlərinə görə, BMT-nin indiki vəziyyəti İkinci Dünya müharibəsindən sonrakı dövrə daha çox uyğundur, nəinki XXI əsrə:
“Bəzi güclü, nüfuzlu regional oyunçuların, o cümlədən, Türkiyə, Hindistan və Yaponiyanın (bir neçə başqasının da adını çəkmək olar) kənarda saxlanılması qlobal böhranlar və transmilli problemlərlə effektiv və təsirli üsullarla məşğul olmağa imkan vermir. Türkiyə Prezidenti gizli bir motivi olmuş olsa da, bu məsələdə haqlıdır. Dünyada sürətlə artan islam əhalisi açıq şəkildə BMT Təhlükəsizlik Şurasında təmsil olunmur, bu problem qlobal bir institusional səviyyədə həll edilməlidir. İslam dünyasındakı bu narahatlıq aradan qaldırılmalıdır, ancaq təkcə veto mexanizminin dəyişdirilməsinin ideal bir vasitə olduğuna əmin deyiləm - bu ayrı bir müzakirə mövzusudur”.
Mütəxəssis hansı ölkələrin BMT Təhlükəsizlik Şurasının daimi üzvləri səviyyəsinə yüksəlməli olduğundan da danışıb:
“Türkiyə bu siyahıda olmalıdır, potensial olaraq İran da siyahıya daxil edilə bilər (bu addım müxtəlif səbəblərdən əhəmiyyətli olardı). Siyahıya Hindistan, Yaponiya, Almaniya və Braziliyanı da əlavə etmək olar. Daimi üzv olaraq BMT TŞ-də bir Afrika ölkəsinin (Qara Afrika) təmsil olunması da yaxşı olardı, lakin bütün regional oyunçuların qarşılaşdıqları çətinliklərin sayı və xarakterini nəzərə alarsaq, belə bir seçim masadan kənarda görünür”, – deyə ekspert bildirib.
Mütəxəssis sözügedən dəyişikliklərin yaxın gələcəkdə baş tutacağından əmin olmadığını da vurğulayıb:
“Rusiya da daxil olmaqla, bəzi aktorlar, onlara “dost olmayan” dövlətlərin veto hüququna malik daimi üzvlər sırasına daxil edilməsinə qarşı çox mənfi mövqe tutacaqlar”.



"BMT münaqişlərin həllini tapa bilmir" - Binəli Yıldırım
Ankara S-400-lərdən imtina edəcək?- Ərdoğan AÇIQLADI
Ərdoğandan KRIM AÇIQLAMASI: "Ukrayna haqlıdır..."
Bakıya hansı ölkələr dəstək verdi? – Prezident adlar çəkdi
Türkiyə Prezidenti Təhlükəsizlik Şurasını TOPLADI
"Əsas prinsip beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmasıdır"- İlham Əliyev
Zelenski: "Ukrayna və Azərbaycan bu məsələdə bir-birinə dəstək verəcək"
Türkiyədə hökumət dəyişikliyi ediləcək? - Ərdoğan siqnalı verdi
İlham Əliyev Soçidə elan etdi: Güzəşt olmayacaq
Ərdoğan da Şuşa Bəyannaməsini TƏSDİQLƏDİ
Moldova Prezidenti Azərbaycana gəlir
Bakı tələb etsə, Türkiyə hərbi dəstək verəcək - Polkovnik
Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi
Bakıya intensiv yağış yağacaq - Xəbərdarlıq
İlham Əliyev onları təltif etdi
Prezident sərəncam imzaladı
İbrahim Tatlısəs yenidən xəstəxanaya yerləşdirildi
Sürücülərə şad xəbər: Cərimə balı limiti ikiqat artırıla bilər
Şənbə günü Bakıda 30-31°dərəcə isti olacaq
Prezident onlara müraciət ünvanladı
Gəmilər vuruldu, 5 azərbaycanlı öldü - Rəsmi açıqlama
Azərbaycanda 6 saatlıq iş rejiminə keçir? - VACİB AÇIQLAMA
Milli Məclisin növbədənkənar sessiyanın ilk iclası başladı
Mikayıl Müşfiqin doğum günüdür
Prezident millimizi təbrik etdi
Neft ucuzlaşmaqda davam edir
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək 