Milli Məclisin sədri Sahibə Qafarova Afinaya işgüzar səfəri çərçivəsində ATƏT Parlament Assambleyasının sədri Marqareta Sederfelt ilə görüşündə beynəlxalq qurumların təmsilçiləri tərəfindən “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin işlədilməsinə etiraz edib.
ONN media xəbər verir ki, Azərbaycan parlamentinin sədri “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinə istinad etməyin yolverilməz olduğunu bildirib.
S.Qafarova qeyd edib ki, Azərbaycan ötən il 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərlə öz ərazi bütövlüyünü bərpa edib. Bununla da ölkəmiz həm də BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən qətnamələrini özü yerinə yetirib. Artıq Dağlıq Qarabağ münaqişəsi həmişəlik tarixə qovuşub. Azərbaycan və region üçün yeni mərhələ başlayıb. Bu, bərpa və quruculuq mərhələsidir.
O diqqətə çatdırıb ki, bu ilin iyulunda Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü müəyyənləşdirilib. Bu Fərmana əsasən, iki yeni rayon - Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonu yaradılıb.



Şuşaya əbədi olaraq qayıdırıq - Sahibə Qafarova
Prezident: "Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı"
Sahibə Qafarova Pakistan prezidenti ilə görüşdü
MM sədri Pakistan Senatının sədri ilə görüşdü
Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə ən böyük təhdiddir- İLHAM ƏLİYEV
Sahibə Qafarova Zurabişvili ilə görüşdü
Sahibə Qafarova NATO nümayəndə heyəti ilə görüşdü
Azərbaycan Prezidenti MDB PA-nın üzvlərinə müraciət edib
Ərdoğandan Qarabağ açıqlaması: Ermənistana MESAJ VERDİ
Macarıstan Azərbaycanın ərazi bütövlüyünü DƏSTƏKLƏDİ
Sahibə Qafarova Slovakiya parlamentini Xocalı soyqırımını tanımağa çağırdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 