ABŞ-ın Florida ştatından olan senator Annet Coan Taddeo-Qoldşteyn Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə bəyannamə imzalayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, senator bəyan edib ki, 18 oktyabr tarixini Florida ştatında “Azərbaycanın Müstəqilliyinin Bərpası Günü” olaraq tanıyır.
Amerikalı siyasətçi müstəqilliyin bərpasının 30 illiyi ilə əlaqədar Azərbaycan xalqını təbrik edib və Florida ştatında fəaliyyət göstərən Azərbaycan icmasının fəallığından məmnunluğunu ifadə edib. O, 26 oktyabr 2006-cı ildə yaradılan və diaspor fəaliyyəti ilə məşğul olan Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının üzvlərinə uğurlar arzulayıb. Eyni zamanda ABŞ-da yaşayan soydaşlarımızın milli-mənəvi dəyərlərinə layiqincə sahib çıxdıqlarını, Azərbaycanın zəngin mədəniyyətini və incəsənətini yüksək səviyyədə təbliğ etdiklərini nəzərə çatdırıb.
Bəyannamə Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının sədri Töhfə Eminovaya təqdim edilib.



ABŞ-da Azərbaycan Milli Günü elan olundu
Ceyhun Bayramovdan Müstəqilliyin Bərpası Günü ilə bağlı PAYLAŞIM
Oxçuçayla bağlı "Cronimet" şirkətinə bəyanat göndərildi
8 Noyabr ABŞ-dada Zəfər Günü kimi qeyd olunacaq
Fevralın 26-sı ABŞ-ın bu ştatında Azərbaycan Günü elan edildi
Çavuşoğlu Azərbaycan xalqını təbrik edib
Türkiyə MN-dən Azərbaycan açıqlaması
Bağçı Azərbaycanı Şəhriyarın şeiri ilə təbrik etdi
Zərifə Əlizadə vəfat etdi
Ərdoğan Azərbaycanı təbrik etdi
Cənubi Karolina ştatının qubernatoru 28 may tarixini Azərabaycan Günü elan etdi
Ersin Tatar Azərbaycan xalqını təbrik edib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 