ABŞ-ın Şimali Karolina ştatının Darem (Durham) şəhər meriyası 8 Noyabr tarixini Azərbaycanın Zəfər Günü elan edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən ONN media-ya verilən məlumata görə, şəhər meri Eleyn O’Nilin imzaladığı bəyannamədə bildirilib ki, Darem şəhəri incəsənət və musiqi, biznes və maliyyə, hüquq və hökumət, təhsil və sosial xidmət, elm və tibb sahələrinin gücləndirilməsinə töhfələr verən qürurlu və parlaq Azərbaycan əsilli amerikalılar üçün doğma evə çevrilib.
Qeyd edilib ki, Azərbaycan Dostluq Təşkilatı da Darem və Azərbaycan arasında mədəniyyətlərarası qarşılıqlı anlaşmanı təşviq etmək üçün çalışır: “Amerika azərbaycanlıları şəhər sakinləri arasında Daremin müdafiəçilərinə və fəallarına çevriliblər. Onlar hamı üçün şəhərin və cəmiyyətin daha da yaxşı olmasına əmək sərf edirlər və bizim tarixi qonşularımızla münasibətlərimizin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərirlər”.
Nəzərə çatdırılıb ki, 8 Noyabr tarixində Amerika azərbaycanlıları 2020-ci ildə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarının işğaldan azad olunması münasibətilə Azərbaycanın Zəfər Gününü qeyd edirlər. Bu səbəbdən 2022-ci il 8 Noyabr tarixini Azərbaycanın Zəfər Günü elan etdiyini vurğulayan şəhər meri bütün sakinləri Darem şəhərinin həyatına böyük töhfələr verən Amerika azərbaycanlılarının bayramına qoşulmağa dəvət edib.
Qeyd edək ki, bəyannamə Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbalın təşəbbüsü ilə qəbul edilib. Bəyannamə 12 noyabr tarixində Azərbaycan Dostluq Təşkilatının Zəfər Günü münasibətilə təşkil edəcəyi tədbirdə Adika İqbala təqdim olunacaq.
Bundan əvvəl isə Nyu-York şəhərinin Bruklin inzibati rayonunun meriyası 8 Noyabr tarixini ABŞ-da ilk dəfə olaraq Azərbaycanın Zəfər Günü elan edib



Zəfər Günü ABŞ-da geniş qeyd olunacaq
ABŞ-da Azərbaycan Milli Günü elan olundu
Tbilisidə Zəfər Günü fləşmobu
İş və istirahət günlərinin yerləri dəyişdirildi
Sənə zəfər yaraşır- Ceyhun Bayramov
Niaqara şəlaləsi bayrağımızın rənginə büründü
Bu günlərdə iş və dərs olmayacaq- SİYAHI
ABŞ küçələri Azərbaycanın Dövlət Bayrağı ilə bəzədildi
Kaliforniyadan Azərbaycana JEST
Bakıda musiqili atəşfəşanlıq olacaq
İlham Əliyev Zəfər Günü ilə bağlı paylaşım etdi
Milli Dram Teatrının noyabr repertuarı açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 