Bu ilin 28 oktyabr tarixində Xarici İşlər naziri Ceyhun Bayramov və ABŞ Dövlət katibinin müavini Stiven Biqan arasında telefon danışığı baş tutub. ONN media -ya bu barədə Azərbaycan XİN-dən məlumat verilib. Telefon danışığı zamanı nazir Ceyhun Bayramov Ermənistan tərəfinin beynəlxalq humanitar hüquq qarşısındakı öhdəliklərini kobud şəkildə pozaraq, razılaşdırılmış humanitar atəşkəs rejiminə üçüncü dəfə riayət etmədiyini, eyni zamanda Bərdə şəhərində dinc Azərbaycan əhalisini qəsdən hədəfə aldığını vurğulayıb. O, münaqişə zonasından çox uzaqda yerləşən şəhərlərin uşaqlar və qadınlar da daxil olmaqla, günahsız mülki əhalinin Vaşinqton görüşündən sonra və nəzərdə tutulan Cenevrə danışıqları ərəfəsində Ermənistan silahlı qüvvələri tərəfindən dəfələrlə hücumlara məruz qaldığını qeyd edib. Nazir Ceyhun Bayramov, həmçinin həmkarına Ermənistan tərəfindən xaincəsinə edilən raket hücumu nəticəsində mülki şəxslər arasında olan itkilər barədə məlumat verib. ABŞ dövlət katibinin müavini Stiven Biqan mülki itkilərdən ciddi narahatlığını dilə gətirib və mülki şəxslərə qarşı hücumların yolverilməz olduğunu bildirib. O, gərginliyin azaldılmasının və münaqişənin siyasi həllinə nail olmaq üçün tərəflərin müvafiq addımlar atmasının vacibliyini vurğulayıb.
Ceyhun Bayramov ABŞ Dövlət katibinin müavini ilə danışdı



Bayramov britaniyalı nazirə erməni terrorundan danışdı
Ceyhun Bayramovla BMT-nin Baş katibi arasında telefon danışığı oldu
Bayramov və Çavuşoğlu son vəziyyəti MÜZAKİRƏ ETDİLƏR
Azərbaycan və Ukrayna XİN başçıları arasında telefon danışığı oldu
Bayramov rus həmsədrlə danışdı
Ceyhun Bayramov iranlı həmkarı ilə nəyi müzakirə etdi?
Ceyhun Bayramovla Sergey Lavrov cəbhədəki vəziyyəti MÜZAKİRƏ ETDİ
Bayramov Zəriflə telefonla danışdı
Ceyhun Bayramov Linas Linkeviçyus ilə telefonda danışdı
Əfqanıstan növbəti dəfə Azərbaycana dəstək verdi
Ceyhun Bayramov Aİ rəsmisinə erməni təxribatından danışdı
Bayramov Borelə Gəncənin atəşə tutulması barədə məlumat verdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 