Azərbaycan Mərkəzi Bankı (AMB) manatın məzənnəsi, ölkədə yenidən devalvasiya olacağı barədə fikirlərə münasibət bildirib.
ONN media xəbər verir ki, bu barədə qurumun sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında danışıb.
"Biz medianı izləyirik. Mənə də maraqlıdır ki, belə başlıqlarla yazılan xəbərlər haradan yaranır. Bu iddiaların heç biri peşəkar şəxslərin deyil. Mövcud makroiqtisadi şərait iqtisadi inkişafı dəstəkləyir. Biz tədiyyə balansında əhəmiyyətli profisit gözləyirik. Bildiyiniz kimi beynəlxalq təşkilatlar neft qiymətləri proqnozunu əhəmiyyətli dərəcədə qaldırıb. Biz isə dövlət büdcəmizdə neftin qiymətini 50 dollar civarında götürmüşük. Bu gün Milli Məclisdəki sənədlər İqtisadi Şurada müzakirə olunub. Manatın məzənnəsinə heç bir təhdid və təzyiq yoxdur. Əksinə, manatın məzənnəsinin möhkəmlənməsinin əhəmiyyətli təzyiqi var. Bu, bizim iqtisadi strategiyamıza uyğun deyil. Ona görə də ilin sonuna qədər bu təzyiqin azalması gözlənilir. Əhalini belə qeyri-professional yazılarla həyəcanlandırmaq lazım deyil. Mən hamını ciddi sosial məsuliyyətə dəvət edirəm", - deyə o, qeyd edib.(report)



Elman Rüstəmov manatın məzənnəsinə proqnoz verdi
Elman Rüstəmov dolların bahalaşmasından danışdı
Manatla bağlı mühüm açıqlama
Azərbaycan sərt pul siyasəti yürüdəcək
Dollar bahalaşır, manatı nə gözləyir? - AÇIQLAMA
Manatın məzənnəsi ilə bağlı MÜHÜM XƏBƏR
Elman Rüstəmov istefa verir? - Özü açıqladı
3 gün dolların məzənnəsi belə olacaq
Mərkəzi Bankdan açıqlama: Manatın ucuzlaşması...
Manatın sabaha olan məzənnəsi açıqlandı
Dollar bahalaşa bilər?
Manatın məzənnəsi açıqlandı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 