ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) uçot faiz dərəcəsini 0,5% artıraraq 0,75-1% həddinə çatdırması və növbəti iclaslarda 0,5% artıma gediləcəyi ilə bağlı açıqlamaları dolları digər valyutalar qarşısında bahalaşdırır.
Belə ki, ABŞ dolları əsas səbət valyutaları qarşısında 20 illin maksimumuna yüksəlib və 2002-ci ilin dekabrından bu yana ən yüksək göstərici olan 103,94-ə çatıb.
İqtisadçı Xalid Kərimli “Ölkə.Az”a açıqlamasında bildirdi ki, dolların məzənnəsinin avro ilə eyniləşməsi ehtimalı var və bu, mümkün ssenaridir. FED uçot dərəcəsini artırsa da, Avropa Mərkəzi Bankı hələ də ucuz pul siyasətini həyata keçirir və iqtisadiyyata pul yatırır. Faiz artımının gündəliyə gətirilməsi üçün bu proseslər dayanmalıdır. Avropa Mərkəzi bankı üçüncü rübdən tez faiz artımı haqda düşünməyəcəklərini bildirirdilər, baxmayaraq ki Avropa Mərkəzi Bankının (ECB) prezidenti Kristin Laqard yanvarda verdiyi açıqlamada 4 dəfə faiz artımına gediləcəyini desə də, müharibə gündəliyi dəyişdi. Belə ki, Rusiya-Ukrayna müharibəsinin Avropada getməsi ilə bərabər bir sıra digər faktorların da avronun məzənnəsinə təsiri var”.
Dolların möhkəmlənməsinin və əsas valyutalar qarşısında dəyər qazanmasının manata təsirləri də maraq doğuran məsələlərdən biridir.
Ekspertin fikrincə, manatın dollara indeksləşdirilməsi milli valyutamızı bir sıra əsas valyutalar - avro, funt sterlinq kimi valyutaların qarşısında bahalaşdırır: “Bu isə ortamüddətli iqtisadi hədəflər üçün arzuolunan deyil. İndiki məqamda enerji resurslarının baha olması, ölkədə inflyasiyanın yüksək həddi manatın devalvasiya ehtimalını aşağı endirir. Çünki devalvasiyanın olması inflyasiyanı kəskin şəkildə sürətləndirə bilər və hazırkı 12% səviyyəsi 2-3 dəfə artar”.
Enerji resurslarının qiyməti yüksək olduğu üçün hökumətin buna dözdüyünü deyən X. Kərimli manatın bahalaşmasının hədəflərə uyğun gəlmədiyini bildirdi: “İstənilən halda manatın dollarla birgə dünya valyutaları qarşısında bahalaşması orta və uzunmüddətli iqtisadi hədəflərə uyğun deyil. Bu, ixrac qabiliyyətimizə mənfi təsir göstərərək iqtisadiyyatı bahalaşdırır. Dolların bahalaşması və uzun müddət belə qalması manatın devalvasiya ehtimalını növbəti illərdə gündəmə gətirə bilər”.



Dollarla bağlı mühüm qərar verildi
Dollarla bağlı vacib qərar verildi
FED uçot dərəcəsi ilə bağlı qərarını açıqladı
Dollar sürətlə bahalaşır, qızıl ucuzlaşır
Dollar yenidən bahalaşa bilər?
Dollarla bağlı VACİB QƏRAR
FES faiz dərəcəsini açıqladı
Dollarla bağlı qərar VERİLDİ
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
FED uçot dərəcəsini 0-0,25 faizdə saxladı
Dollar ucuzlaşır
Mərkəzi Bankdan manatla bağlı QƏRAR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 