Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2021-ci ilin yanvar-sentyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsi üzrə 47 hərrac keçirilib.
Xidmətdən bildirilib ki, hərraclarda 192 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 15-i səhmdar cəmiyyətlərinin səhm paketi, 30-u kiçik dövlət müəssisəsi, 2-si yarımçıq tikili, 145-i nəqliyyat vasitəsidir. Hesabat dövründə investisiya müsabiqəsi vasitəsilə 2 dövlət əmlakı özəlləşdirilib.
Cari ilin 9 ayı ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 55 elektron sifariş qəbul edilib, “Elektron hərrac” xidməti vasitəsilə 29 onlayn qoşulma baş tutub. Özəlləşdirmə prosesində müasir yanaşmaların tətbiqi şəffaflığın artırılmasına, vətəndaş məmnunluğunun yüksəlməsinə səbəb olub.
Bu ilin 9 ayı ərzində 496 qeyri-yaşayış sahəsi, 699 müəssisə və obyektin yerləşdiyi torpaq sahəsi icarəyə verilib, 282 icarə müqaviləsinin müddəti uzadılıb.
Özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 58,2 milyon manat təşkil edib və 9 aylıq proqnoz 78,1 faiz icra edilib.
Dövlət əmlakının icarəsindən isə büdcəyə 11,6 milyon manat ödənilib və illik proqnoza 105,7 faiz əməl olunub. Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə icarədən dövlət büdcəsinə daxilolmaların həcmi 43,9 faiz artıb.



Azərbaycanda daha 13 dövlət əmlakı özəlləşdirildi
Azərbaycanda daha 13 dövlət əmlakı özəlləşdirildi
Azərbaycanda daha 9 dövlət əmlakı özəlləşdirildi
Azərbaycanda daha 56 dövlət əmlakı satışa çıxarılır
Yevlax və Hacıqabuldakı müəssisələr özəlləşdirildi
Azərbaycanda daha 25 dövlət əmlakı özəlləşdirilir - SİYAHI
Azərbaycanda daha 8 dövlət əmlakı özəlləşdirildi
Sürücülərin NƏZƏRİNƏ: 21 avtomobil hərraca çıxarılır
Bu dövlət əmlakları özəlləşdirildi
Azərbaycanda daha 101 dövlət əmlakı satışa çıxarılır
Azərbaycanda 13 şirkət hərraca çıxarılacaq
Azərbaycanda daha 41 dövlət əmlakı hərraca çıxarılacaq
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 