"Qanunda yazılıb ki, insan qərar verərsə, özünü öldürmək haqqına sahibdir. Buna görə dövlət məsuliyyət daşımır".
ONN media Gürcüstan mediasına istinadla xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkənin sabiq prezidenti Mixail Saakaşvilinin aclıq aksiyasını davam etdirməsinə münasibət bildirərkən deyib.
O bildirib ki, Mixail Saakaşvili də digər məhbuslarla eyni hüquqa malikdir: "İlk növbədə o nə istəyir, nəyə görə aclıq edir? Həbsxanalarda 10 000 məhbus var, onların hamısı aclığa başlasalar və həbsdə qala bilmədiklərini deyərək, özəl xəstəxanaya yatırılmaq tələb etsələr, təsəvvür edirsiniz necə bir nəticə əldə etmiş olarıq? Əlbəttə ki, biz və ölkə bu şəxsin (Saakaşvilinin) ağlı ilə hərəkət edə bilmərik. O, dərk etməlidir ki, uzun müddət həbsxanada qalmalı olacaq. Qanunda yazılıb ki, insan qərar verərsə, özünü öldürmək haqqına sahibdir. Əlbəttə, buna görə dövlət məsuliyyət daşıya bilməz. Penitensiar xidmətin ona bir məhbus kimi tam tibbi kömək göstərməsinə baxmayaraq, biz həkimlərdən ibarət qrup yaratmışıq. Hər gün onu yoxlayırlar və onun üçün tam komfort mövcuddur. Ehtiyac yaranacağı təqdirdə isə Qldani xəstəxanasına aparılacaq".



Saakaşvili aclıq aksiyasını dayandırdı
Saakaşvilinin atasını infarkt vurdu
Saakaşvilinin daha iki həkimə ehtiyacı var
Onu ən azı 6 il unudun - Qaribaşvili
Saakaşvilini yalnız əfv xilas edə bilər - Vəkildən AÇIQLAMA
Saakaşvilinin məhkəməsi təxirə salındı
Saakaşvili bu görüntülərə görə qəzəbləndi
Saakaşvili özəl klinikaya köçürülür
Baş nazirdən Saakaşvili ilə bağlı ŞOK SÖZLƏR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 