Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, idarənin əməkdaşları Vüsal Əliyev, Yasin Məmmədov və Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
ONN media xəbər verir ki, noyabrın 5-də Bakı Hərbi Məhkəməsində keçirilən açıq məhkəmə iclasına jurnalistlər yenə buraxılmayıb. Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə kritik anlar yaşanıb.
Təqsirləndirilən Yasin Məmmədov dindirilərkən sabiq rəisi Mövlam Şıxəliyevin əleyhinə ifadə verib. Qanunsuz həbslər, cinayətə bərabər qanunsuz göstərişlərlə bağlı sualların cavabında məsuliyyəti üzərindən atıb. Belə tapşırıqların Mövlam Şıxəliyevin göstərişi ilə baş tutduğunu deyib.
Keçmiş işçisinin ifadəsi Mövlam Şıxəliyevi əsəbiləşdirib. Saxlandığı dəmir barmaqlıqlar arxasında halı pisləşən Mövlam Şıxəliyev özündən gedib. Konvoy onu yarı huşsuz halda zaldan çıxarıb. Bakı Hərbi Məhkəməsinə təcili tibbi yardım dəvət olunub. Zərərçəkənlər hakimdən tələb ediblər ki, Mövlam Şıxəliyev tez bir zamanda zala qaytarılsın və məhkəmə prosesi davam etdirilsin. Onlar Mövlam Şıxəliyevi özünü pis hiss etməsi görüntüsü yaratmaqda ittiham ediblər. Məhkəməyə çağırılan həkimlər Mövlam Şıxəliyevi müayinə etdikdən sonra Musavat.comun əməkdaşına bildiriblər ki, pasiyentin təzyiqi qalxıb, həyatına hər hansı bir təhlükə yoxdur.
Qeyd edək ki, sabiq MTN generalı Mövlam Şıxəliyev mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almaqda, həmçinin səlahiyyət həddini aşmaqda və sübutları saxtalaşdırmaqda ittiham edilir.
Təqsirləndirilən şəxslərdən yalnız Mövlam Şıxəliyev həbsdədir, digərləri barəsində istintaq, məhkəmə dövründə həbslə əlaqəli olmayan qəti imkan tədbiri seçilib.(musavat.com)



Mövlam Şıxalıyevə hökm olundu
“Generala “Stefanno Ricci”dən 25 min dollara kostyum aldım”
“8 milyon dollar Ziyad Səmədzadəyə çatıb”
"8 milyon dolları mən yox Ziyad Səmədzadə alıb"- Generaldan ŞOK AÇIQLAMA
Azərbaycanda 2 generalın həbs edilməsinin SƏBƏBİ MƏLUM OLDU
MN-də mənimsəmə: daha bir vəzifəli həbs olundu
Bakıda sabiq polis əməkdaşının qızı məhkəmə zalında həbs edilib
Azərbaycanda vəzifəli şəxs məhkəmə zalında HƏBS EDİLDİ
MN rəsmi məlumat yaydı
Sumqayıtda CİNAYƏT: Taxsi sürücüsünü öldürüb, sonra isə...
Bakıda keçmiş polis əməkdaşının qızından ŞOK CİNAYƏT - HƏBS EDİLDİ
"Azərsu"ASC-nin sabiq əməkdaşına AĞIR CƏZA VERİLDİ
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı 