Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev Prezident İlham Əliyevi Zəfər Günün münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
"Möhtərəm cənab Prezident.
Milli bayramınız - 8 Noyabr - Zəfər Günü münasibətilə Türk Şurası adından və şəxsən öz adımdan Azərbaycan xalqını, Ordusunu və Müzəffər Ali Baş Komandan kimi Zati-alinizi səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Bu şanlı Zəfər təkcə qardaş Azərbaycanda deyil, ümumiyyətlə bütün türk dünyasında milli kimliyin və həmrəyliyin güclənməsinə səbəb olmaqla əməkdaşlığımızın daha da dərinləşməsi üçün yeni üfüqlər açmışdır.
Eyni zamanda, Zati-alinizin Azərbaycan Respublikasının beynəlxalq müstəvidə tanınmış ərazi bütövlüyünün bərpası ilə yaratdığı yeni siyasi reallıq və şərait regionumuzda sabitlik, hərtərəfli əməkdaşlıq və davamlı inkişafa təkan verəcəkdir.
Xüsusilə vurğulamaq istərdim ki, bu ilin 31 mart tarixində Türküstan Zirvə görüşündə üzv dövlətlərimiz bir daha yekdilliklə Azərbaycan torpaqlarının işğaldan azad edilməsini təqdirlə qarşılayaraq münaqişənin təsirinə məruz qalmış ərazilərin bərpası, yenidən qurulması və reinteqrasiyası istiqamətindəki səylərində Azərbaycan Hökuməti və xalqı ilə həmrəy olduqlarını ifadə etmişlər.
Zati-alinizin liderliyi və qətiyyəti sayəsində türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizində yenidən yaradılacaq nəqliyyat, kommunikasiya, infrastruktur layihələrinin üzv dövlətlərimiz başda olmaqla bütün region ölkələrinin iqtisadiyyatının inkişafına, sülh və sabitliyin möhkəmlənməsinə mühüm töhfə verəcəyinə əmin olduğumu bir daha bildirmək istərdim.
Şəhid olmuş qəhrəman Azərbaycan əsgərlərini dərin hörmətlə yad edərək Zati-alinizi Zəfər bayramı münasibətilə bir daha təbrik edir, bütün Azərbaycan xalqına sülh, rifah və tərəqqi arzulayıram".



TÜRKSOY-un Baş katibi İlham Əliyevi təbrik edib
Myanma və Sloveniya liderləri İlham Əliyevi təbrik etdilər
İlham Əliyev Bağdad Amreyevlə görüşdü
Abdullah Gül İlham Əliyevi təbrik etdi
Bərham Saleh Prezident İlham Əliyevi təbrik etdi
Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdədir
Ərdoğan İlham Əliyevi təbrik etdi
Ərdoğan Azərbaycan Prezidentinə məktub göndərdi
Ərdoğan İlham Əliyevi təbrik etdi
TÜRKSOY-un baş katibi İlham Əliyevi təbrik etdi
Ərdoğan İlham Əliyevi təbrik etdi
Salome Zurabişvili İlham Əliyevi təbrik etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 