Avropa qitəsi pandemiyanın episentrinə çevrilsə də, Mərkəzi Avropada vəziyyət xüsusilə ağırdır.
ONN media xarici mətbuata istinadən xəbər verir ki, virusun qış ayları ilə birlikdə təsirini ikiqat artırdığı iddia olunur. Slovakiya, Macarıstan və Çexiya kimi ölkələrdə yoluxma sayının rekord qırdığı açıqlanıb. 14 539 yoluxma ilə Çexiya pandemiyanın başlanğıcından bəri ən çox xəstənin bu gün qeydə alındığını elan edib. Bildirilib ki, 462 nəfər reanimasiyadadır.
Macarıstanda da oxşar vəziyyət müşahidə olunur. Ölkədə bu gün yoluxma sayının 8434 olduğu və bu rəqəmin pandemiyanın başlanğıcından bəri ən yüksək səviyyəyə çatdığı bildirilib. Qeyd olunub ki, ölkədə səhiyyə sistemi həyəcan təbili çalmağa başlayıb.
Slovakiya da Mərkəzi Avropa ölkələri arasında yoluxma sayının ən çox olduğu ölkələrdən birinə çevrilib. Burada 7055 yoluxma faktı qeydə alınıb.
Rusiyada koronavirusdan ölənlərin sayı hər gün yeni rekord qırır. Bu gün ölkədə virusdan 1239 nəfərin öldüyü açıqlanıb və bu, pandemiyanın başlanğıcından bəri qeydə alınan ən yüksək ölüm sayı kimi müəyyən edilib. Yeni yoluxma isə 39 160 olub. Rusiya keçən həftə ərzaq mağazaları və apteklərdən başqa bütün iş yerlərini bağlamış və ölkədə 10 günlük karantin elan etmişdi. Lakin nəticələr onu göstərir ki, məhdudiyyətlər işə yaramır.
ALMANİYA VƏ YUNANISTANDA VƏZİYYƏT KRİTİKDİR
Almaniyada son 24 saatda 39 676 yeni yoluxmanın qeydə alınması ilə gündəlik yoluxmalar rekord səviyyəyə çatıb. Ölkədə ümumi yoluxma sayı 4 844 54-ə yüksəlib. Koronavirus son 24 saatda 236 nəfərin ölümünə səbəb olub.
Yunanıstanda pandemiya çərçivəsində son 24 saatda ilk dəfə 8613 yeni yoluxma qeydə alınıb.
Məlumat üçün bildirək ki, Bolqarıstan və Ukraynada da epidemiolji vəziyyət olduqca kritikdir. Ukraynada son 24 saatda koronavirusdan 833 nəfər ölüb. Bolqarıstanda isə ötən gün dördüncü dalğa 334 can alıb.



COVID-19-a yoluxma halı aşkarlanmadı - İLK DƏFƏ
ÜST-dən HƏYƏCAN TƏBİLİ
Koronavirus pandemiyasında növbəti REKORD
Rusiyada yeni rekord: korona tüğyan edir
Qardaş ölkədə son durum
İtaliyada koronavirus qurbanlarının sayı 25 mini keçdi, sağalanların sayı isə...
Koronavirus bu ölkələrdə ən yüksək sürətlə yayılır - SİYAHI
Bu ölkədə sutkada 433 nəfər koronavirusdan həyatını itirdi
Rusiyada vəziyyət pisləşdi
Çində koronavirusun ikinci dalğası başladı - Bir gündə 51 nəfər...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 