Ümumdünya Səhiyyə Təşkilatı həftəlik hesabatında elan edib ki, Avropada COVID-19-dan ölümlər 10% artıb.
ONN media xəbər verir ki, hesabata əsasən, 2021-ci ilin 1-7 noyabr həftəsi ərzində dünyada yoluxmalarda 1% artım müşahidə edilib və 3,1 milyondan bir qədər çox yeni yoluxma halı qeydə alınıb.
ÜST-nin Avropa Regional Ofisi isə əvvəlki həftə ilə müqayisədə son həftədə yoluxmaların 7% artdığını, digər regionlar üzrə isə azalma və ya sabit tendensiyaların olduğunu bildirib. Həmçinin Avropada ölümlərin 10% artdığı, digər bölgələrdə isə azalma olduğu qeyd olunub.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional direktoru Hans Kluqe keçən həftə verdiyi açıqlamada Avropada yoluxma hallarının artdığı barədə xəbərdarlıq etmişdi:
“COVID-19 yoluxmaları bir daha rekord səviyyələrə yaxınlaşır. Yenidən episentrdəyik. Bu gün Avropa və Mərkəzi Asiyada hər bir ölkə yeni dalğa təhlükəsi ilə üz-üzədir və ya artıq bununla mübarizə aparır. 53 ölkədə virusun hazırkı yayılma sürəti ciddi narahatlıq doğurur. “Delta” variantı Avropa və Mərkəzi Asiyada üstünlük təşkil etməyə davam edir”.



Koronavirusdan ölüm halları artdı
ÜST yenə çağırış etdi- MASKA TAXIN!
Koronavirusdan ölüm halları YENƏ ARTDI
Koronavirus pandemiyasında növbəti REKORD
ÜST-dən ŞAD XƏBƏR: 6 həftə ərzində...
ÜST-dən HƏYƏCAN TƏBİLİ
Korona Avropanı yenidən vurdu: Rusiya hazırlaşır...
Koronavirusla bağlı son rəqəmlər açıqlandı
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 215 mindən çox artıb
ÜST-dən QORXUNC XƏBƏRDARLIQ: Payızda yenidən...
ÜST: Vaksinlərin effektivliyi azalır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 