Qazaxıstanın birinci Prezidenti – elbası Nursultan Nazarbayev dördtərəfli böyük Avrasiya iqtisadi forumunun yaradılmasını təklif edib.
ONN media xəbər verir ki, bu barədə Qazaxıstanın sabiq Prezidenti “Astana Club-2021”in altıncı iclasında bildirib.
Yeni böhranın qarşısını almaq üçün Avrasiya ölkələrinin sistemli dialoq qurmasının vacibliyini bildirən N.Nazarbayev Avrasiya İqtisadi İttifaqı, Avropa İttifaqı, Şanxay Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı arasında birbaşa əlaqələrin inkişaf etdirilməsinin vaxtı çatdığını vurğulayıb.
“Bu təşkilatlarda, ilk növbədə, iqtisadi əməkdaşlığa diqqət yetirilir. Məhz iqtisadi əməkdaşlıq əsasında siyasi, mədəni və digər sahələrdə əlaqələr inkişaf edir. Bu, bütün planet üçün böyük qələbə olardı. Bununla əlaqədar ölkələrimizin Avrasiyada bütün əməkdaşlıq imkanlarını müzakirə və təşviq edə biləcəyi dördtərəfli böyük Avrasiya iqtisadi forumunun yaradılmasını təklif edirəm. Qazaxıstan dövlət və hökumət başçıları səviyyəsində belə bir forumun təşkilatçılarından biri kimi çıxış edə bilər”, - deyə N.Nazarbayev əlavə edib.
Qeyd edək ki, Nur-Sultan şəhərində Dünya İqtisadiyyatı və Siyasəti İnstitutu (İMİP) və Nursultan Nazarbayev Fondunun təşkilatçılığı ilə "Astana Club"un altıncı iclası keçirilir.



Putin Aİİ liderlərini niyə Moskvaya toplayır?
Nazarbayev Mövlud Çavuşoğlu ilə görüşdü
Nazarbayevdən Paşinyana qarşı ŞOK ADDIM
Nazarbayev Azərbaycan Prezidentini təbrik etdi
Putin: "Bəzi MDB ölkələri Avrasiya İttifaqında müşahidəçi ola bilər"
Nazarbayev bu peyvəndi seçdi
SON DƏQİQƏ: Nazarbayev vəzifəsindən çıxarıldı
Paşinyan Putinə zəng etdi
Nazarbayev İlham Əliyevə başsağlığı verdi
Prezident İlham Əliyev Dünya İqtisadi Forumu çərçivəsində keçirilən iclasda iştirak etdi
Azərbaycan Aİİ-yə üzv olur?
İranın yeni prezidenti artıq bu sazişə hazırdır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 