İran oktyabrda Kazanda keçiriləcək BRICS sammitində Rusiya ilə hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilə imzalamağa hazırdır.
ONN media xəbər verir ki, bu barədə İslam Respublikasının seçilmiş prezidenti Məsud Pezeşkian Rusiya lideri Vladimir Putinlə telefon danışığında bildirib.
"İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq haqqında sazişlə bağlı sənədlərin hazırlanması başa çatıb, biz onu Rusiyada keçiriləcək BRICS sammiti çərçivəsində imzalamağa hazırıq", - deyə o bildirib.
"Dostumuz və qonşumuz olan Rusiya ilə münasibətlərə böyük əhəmiyyət veririk və şübhəsiz ki, bu münasibətləri gücləndirəcəyik", - deyə siyasətçi əlavə edib.
Putinlə söhbəti zamanı Pezeşkian iki dövlətin BRICS, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Avrasiya İqtisadi İttifaqı (Aİİ) və beynəlxalq, həmçinin regional təşkilatların platformalarında əməkdaşlığın vacibliyini vurğulayıb.
Seçilmiş prezident qeyd edib ki, İslam Respublikasının yeni hökuməti mayın 19-da təyyarə qəzasında həlak olmuş sabiq dövlət başçısı İbrahim Rəisi dövründə əldə edilmiş bütün İran-Rusiya razılaşmalarının həyata keçirilməsinə çalışacaq



İlham Əliyev Tokayevlə bir arada
Rusiya və Türkiyə prezidentləri görüşə bilər
Azərbaycan lideri İranın yeni seçilmiş Prezidentini təbrik edib
İlham Əliyev İranın yeni seçilmiş prezidentini təbrik etdi
Putinlə Tramp telefonla 90 dəqiqə danışdılar - Nələr muzakirə edildi
Putinlə Ruhani arasında Qarabağ müzakirəsi
Putinlə İran prezidenti bu tarixdə görüşəcək
Əliyev İranın yeni prezidentinə zəng etdi
Putinlə Paşinyan Moskvada görüşdü
Rəisinin ilk səfəri: Rusiyaya bu sazişlərlə gedib
Nazarbayev Avrasiya miqyasında yeni təşkilat yaratmağı təklif etdi
Ərdoğan və Əsəd görüşəcək?- RƏSMİ AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 