Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu ilin sentyabr ayına qədər qurumun "Qaynar xətti"nə daxil olan müraciətlərin təhlilini aparıb.
ONN media xəbər verir ki, Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu açıqlamasında deyib ki, müraciətlər bir neçə meyara əsasən araşdırılıb.
Onun sözlərinə görə, bu meyarlara zəng edənin cinsi, ailə vəziyyəti, təhsili, iş vəziyyəti, üzləşdiyi zorakılığın növü, hansı bölgədə yaşadığı, yaşı, zəng üçün müraciət edənin kim olduğu, eləcə də yönləndirildiyi tərəfdaş qurum daxildir.
Belə ki, ötən ilin dekabrın 1-dən bu ilin sentyabrın 30-dək olan müddət ərzində qəbul edilən zənglərin təhlilinə əsasən müəyyən edilib ki, zəng edənlərin əksəriyyəti qadınlardır.
Komitə sözçüsü qeyd edib ki, bu müddət ərzində ümumi 359 zəng edəndən 275-i qadın, 84-ü isə kişi olub: "Ailə vəziyyətlərini təhlil edərkən məlum olub ki, zəng edənlər arasında evli olanlar çoxluq təşkil edir. Onlar arasında 197 nəfər evli, 130 nəfər subay, 32 nəfər isə boşanmışdır.
Təhsil səviyyəsi meyarında orta təhsilli olanların üstünlük təşkil etdiyi məlum olub. Onlardan 262 nəfər orta təhsilli, 80 nəfər ali təhsilli, 17 nəfər isə təhsilsizdir.
Məlum olub ki, zəng edənlərin əksəriyyəti işsizdir. Bunlardan 247 nəfər işsiz, 112
nəfər işi olan şəxslərdir".
T.Mərdanoğlu bildirib ki, zəng edənlərin əksəriyyəti psixoloji, iqtisadi, fiziki, cinsi zorakılıq növləri arasından psixoloji və fiziki zorakılığa məruz qalanlar olub: "Həmçinin zəng edənlərin əksəriyyəti Bakıdan zəng edənlər olub. 230 nəfər paytaxtdan, 129 isə nəfər isə digər bölgələrdən olub. Ümumi zəng edənlərin əksəriyyəti 18-35 yaş arasındadır. 359 nəfərin 165-i 18-35 yaş, 121-i 35-56 yaş, 55-i 56 yaşdan yuxarı, 18-i 0-18 yaş aralığına aid olub.
84 zəng edən kişidən 33-ü 18-35 yaş, 34-ü 35-56 yaş, 14-ü 56 yaşdan yuxarı, 3-ü isə 0-18 yaş aralığına aiddir.
275 qadın zəng edib. Onlardan 132-i 18-35 yaş, 87-i 35-56 yaş, 41-i 56 yaşdan yuxarı, 15-i 0-18 yaş aralığına aid olub. Həmçinin zəng edənlərin əksəriyyəti məişət zorakılığından zərərçəkən və vətəndaş mövqeyi göstərən şəxslərdir".



Dövlət Komitəsinin yeni tərkibi təsdiqləndi - QƏRAR
Bakıda baxımsız qalan 2 uşaq nəzarətə götürüldü
Küçəyə atılan yeni doğulmuş körpədən NƏ XƏBƏR VAR?
Daha bir qurumun mətbuat xidmətinə YENİ TƏYİNAT
Dövlət komitəsi: 16 yaşlı ana xəstəxanaya aparılanda vəziyyəti ağır olub
Azərbaycanda evdə döyülən kişilərin sayı açıqlandı
Azərbaycanda əri tərəfindən döyülən qadınların sayı MƏLUM OLDU
Eks sevgilisinə 18 min dəfə zəng edən şəxs HƏBS OLUNDU: Qeyri-adi HADİSƏ
Ölkədə zorakılığa məruz qalan uşaqların sayı açıqlandı
Naməlum zəng: Zelenskiyə sui-qəsd ediləcək
Mətanət İsgəndərlinin oğlunun əməlləri ilə bağlı RƏSMİ AÇIQLAMA
Komitə azyaşlını evdə tək qoyan ailəni nəzarətə götürdü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 