Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi əməkdar artist Mətanət İsgəndərlinin oğlunun öz övladını işgəncələrə məruz qoyması ilə bağlı sosial şəbəkələrdə yayılan fotolara münasibət bildirib. ONN media xəbər verir ki, məsələ ilə bağlı Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Teymur Mərdanoğlu deyib ki, faktla bağlı artıq təmsil etdiyi qurumda araşdırmalara başlanılıb. Onun sözlərinə görə, Dövlət Komitəsində sosial şəbəkələrdə uşağın işgəncələrə məruz qaldığını əks etdirən foto-məlumatlarla bağlı dərhal araşdırma aparılıb. Məlum olub ki, vətəndaş Aynur Vaqif qızı Həmidovanın uşağı həyat yoldaşı Kərim Həmidov tərəfindən döyülüb: "Hadisənin yay ayında törədildiyi müəyyənləşib. Nə uşağın anası, nə də digər qohumlar tərəfindən baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edilməyib. Uşağın döyülməsinə onların nənəsigilə getməməsi səbəb olub. Hazırda məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətindədir". T.Mərdanoğlu bildirib ki, hadisə ilə bağlı Dövlət Komitəsi tərəfindən hüquq-mühafizə orqanlarına müraciət ediləcək. Qeyd edək ki, əməkdar artist Mətanət İsgəndərlinin "Canan" ləqəbi ilə tanınan gəlini Aynur Həmidova övladının atası tərəfindən işgəncələrə məruz qaldığı ilə bağlı məlumatlar yayıb. O, həmçinin işgəncələri əks etdirən fotoları da nümayiş etdirib. Xatırladaq ki, uzun müddət bir-birindən ayrı yaşayan cütlüyün hazırda rəsmi boşanmaları üçün məhkəmə işi davam edir.(Report)
Mətanət İsgəndərlinin oğlunun əməlləri ilə bağlı RƏSMİ AÇIQLAMA



Bakıda baxımsız qalan 2 uşaq nəzarətə götürüldü
Dövlət Komitəsinin yeni tərkibi təsdiqləndi - QƏRAR
Dövlət Komitəsi uşaq evində azyaşlının döyülməsi faktını nəzarətə götürdü
Körpəyə qarşı olunan bu hərəkətə görə hansı cəza veriləcək?
Azərbaycanda 13 yaşlı qız ərə verilib? - AÇIQLAMA
Masallıda 16 yaşında ərə verilən qız öldü - Dövlət qurumları hərəkətə keçdi
Samuxda gəzmək adı ilə 17 yaşlı qızı qaçırdılar
Komitə azyaşlını evdə tək qoyan ailəni nəzarətə götürdü
Mətanət İsgəndərlinin nəvələri analarından alındı
Azərbaycanda uşağın ərə verilməsinin qarşısı alındı
Yevlaxda ata 4 yaşlı ögey övladına işgəncə verdi
Dövlət Komitəsindən küçədə tapılan uşaqla bağlı AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 