Belə bir fikir var ki, nənələr nəvələrini övladlarından çox sevirlər. Emori Universitetinin amerikalı alimləri bu tezisin elmi əsaslara malik olduğunu sübut ediblər.
ONN media xəbər verir ki, onların araşdırmalarının nəticələri "Proceedings of the Royal Society B: Biological Sciences"jurnalında dərc olunub.
3-13 yaş arasında ən azı bir nəvəsi olan 50 qadının iştirak ilə eksperiment aparılıb. Alimlər tədqiqat iştirakçılarından nəvələrinin, uşaqlarının fotolarına və yad adamların şəkillərinə baxmağı xahiş ediblər. Paralel olaraq tədqiqatçılar MRT vasitəsilə nənələrin beyinlərinin işini izləyiblər.
Məlum olub ki, uşaq və nəvə fotoları nənələrin başında müxtəlif reaksiyalara səbəb olur.
Nəvələrin fotoları beynin emosional empatiya ilə əlaqəli sahələrini, uşaqların şəkilləri isə idrakı aktivləşdirir.
Belə çıxır ki, nənələrin nəvə hissləri sözün əsl mənasında "özlərindən" keçir, uşaqların hissləri isə ağılla başa düşülür.
Emosional empatiya ilə insan digəri kimi hiss edə bilir, koqnitiv empatiya ilə isə insan öz hisslərini başa düşə və onların səbəblərindən xəbərdar ola bilir. Yəni nəvələr sevinəndə nənələr də sevinc yaşayır və s. Üstəlik, alimlərin fikrincə, bu, daha dərin emosional əlaqə yaratmağa imkan verən ilk empatiya növüdür.
Alimlər eyni təcrübəni babalarla da etməyi planlaşdırırlar.



Şiddət görən uşaqların inkişaf problemi: 1 şillə belə təsir edir
Siqareti atmağın elmi yolu tapılıb — ALİMLƏR
Bizimlə birgə "yeriyən" SAĞALMAZ XƏSTƏLİK: dizlərdə belə yerdəyişmə varsa...
Doğan qadınların beyni subaylara nisbətən daha gəncdir - ALİMLƏR
Alimlər solaxaylığın səbəblərini açıqlayıblar
Yaşlanmaq istəmirsinizsə MÜTLƏQ OXUYUN
Bu peyvənd koronavirusa yoluxma riskini AZALDIR
Yaddaşı dərmansız necə yaxşılaşdırmaq olar?
Duz hansı xəstəliyə yol açır?
Xərçəngə səbəb olan vitaminlər açıqlandı
Artıq çəkinin inanılmaz zərərləri
Yaddaş zəifliyinin əsas səbəbi məlum oldu
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 