Yaşlı insanların beyninə 20 dəqiqəlik elektrik şoku ən azı bir ay ərzində qısamüddətli yaddaşı yaxşılaşdırır.
Boston Universitetinin nevroloqlarının bununla bağlı tədqiqatları “Nature Neuroscience” jurnalında dərc olunub.
Məlumata görə, tədqiqatda 65-88 yaş arası 60 nəfər iştirak edib. Onlar üç qrupa bölünüblər. İştirakçılardan bəziləri impuls almayıb, ikincisində - impulslar beynin qısamüddətli yaddaşla əlaqəli sahəsinə, üçüncüsündə isə uzunmüddətli yaddaşa çatıb.
Terapiyadan sonra yaşlı kişilərdən və qadınlardan sözləri əzbərləmələri tələb olunub. Məlum olub ki, dörd gün ərzində iştirakçıların həm qısamüddətli, həm də uzunmüddətli yaddaşı yaxşılaşıb.
“Beynin kimyasına təsir edən dərman və preparatlardan fərqli olaraq, bu cür yanaşma beyindəki neyronlara təsir göstərir. Elektrik stimullaşdırma, yəqin ki, yaddaş üçün vacib olan sahələrdə yeni neyronların böyüməsini stimullaşdırır. Beynimiz plastikdir və öyrəndikcə dəyişə bilir”, - nevroloqlar qeyd ediblər.
Tədqiqatçılar əlavə ediblər ki, yaddaşı dörd gün ərzində düzələn insanlar bir aydan sonra daha yaxşı yaddaşa sahib olublar.



Vasabi yaddaşı yaxşılaşdırır
Yaddaşı gücləndirən neyroimplantın sınanır
Acı xatirələri beyindən necə silək?
Cavan qalmaq istəyənlər MÜTLƏQ OXUYUN
Ümumdünya Səhiyyə Təşkilatı beyin qocalmasını ləngidən məhsulları açıqladı
Ayfon-13-ün fantastik yaddaşı
İmtahandan öncə zehni POZAN QİDALAR NƏLƏRDİR?
Qəhvə ilə ömrü uzatmağın sirləri - ARAŞDIRMA (VİDEO)
Bu qidalar yaddaşı gücləndirir
Diqqəti cəmləməyə kömək edən qidalar
Bu qidalar beyni stresdən qoruyur
Siqareti atmağın elmi yolu tapılıb — ALİMLƏR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 