Daxili İşlər Nazirliyi (DİN) ərazilərdə mina təhlükəsi ilə bağlı vətəndaşlara müraciət edib.
Nazirliyin Mətbuat xidmətindən bildirib ki, hər hansısa bir ərazidə təhlükəli və şübhəli əşya görən vətəndaşlar dərhal bu barədə polisə məlumat versinlər.
"Müharibə qalıqları təhlükə mənbəyi olaraq qalmaqdadır. Bu risklərdən necə qorunaq, çıxış yolu varmı? Əlbəttə var. Onun adı məsuliyyətdir. Təhlükəsizlik qaydalarına əməl edilməlidir.
Bələd olmadığımız yerlərdə, xüsusilə işğaldan azad edilən bölgələrdə və ona yaxın ərazilərdə hər birimiz diqqətli və məsuliyyətli olmalıyıq. Bu gün Goranboy rayonunda bir nəfər heç vaxt işğal altında olmayan ərazidə sel sularının örüş sahəsinə gətirdiyi minanın partlaması nəticəsində sağlamlığını itirib. Diqqətli olsaydı, şübhə doğuran həmin əşya ilə bağlı müvafiq qurumları məlumatlandırsaydı, bu hadisə baş verməyəcəkdi. Hər birimiz şübhə doğuran əşya gördükdə dərhal məlumat verməklə, özümüzlə yanaşı, digər şəxslərin həyat və sağlamlığını xilas edə bilərik" - deyə, DİN rəsmisi qeyd edib.



Mina partlayışı nəticəsində xəsarət alan şəxsin son durumu necədir?
Mina partlayışlarında neçə nəfər həyatını itirib? - ANAMA AÇIQLADI
ANAMA-dan mina təhlükəsi ilə bağlı xəbərdarlıq
Britaniyadan XƏBƏRDARLIQ
Torpaq sürüşməsi baş verərsə... — Əhaliyə MÜRACİƏT
Yevlaxda ermənilərin müharibə dövrü atdığı kasetli bomba partladı: Ölən var
Ağdamda Ermənistan istehsalı olan mina tapıldı
Azad edilən ərazilərdəki faciələrin 53 faizi qanunsuz səfərlərlə bağlıdır - DİN
Laçında mina partladı- Xəsarət alan var
DİN vətəndaşlara müraciət etdi
Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi
Bakıya intensiv yağış yağacaq - Xəbərdarlıq
İlham Əliyev onları təltif etdi
Prezident sərəncam imzaladı
İbrahim Tatlısəs yenidən xəstəxanaya yerləşdirildi
Sürücülərə şad xəbər: Cərimə balı limiti ikiqat artırıla bilər
Şənbə günü Bakıda 30-31°dərəcə isti olacaq
Prezident onlara müraciət ünvanladı
Gəmilər vuruldu, 5 azərbaycanlı öldü - Rəsmi açıqlama
Azərbaycanda 6 saatlıq iş rejiminə keçir? - VACİB AÇIQLAMA
Milli Məclisin növbədənkənar sessiyanın ilk iclası başladı
Mikayıl Müşfiqin doğum günüdür
Prezident millimizi təbrik etdi
Neft ucuzlaşmaqda davam edir
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək 