25 noyabr 2021-ci il tarixində səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kürdəmir rayonu, Sığırlı kəndinin ərazisində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.
ONN media nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumat əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, "KAMAZ" markalı yük avtomobili ilə "MERCEDES-BENZ ATEGO" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və qəzaya uğramış "MERCEDES-BENZ ATEGO" markalı avtomobilin sürücüsü 1988-ci il təvəllüdlü Xalayev Elvin Vaqif oğlunun həmin nəqliyyat vasitəsinin içərisində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər xüsusi xilasetmə avadanlıqlarından istifadə etməklə vətəndaşı avtomobilin içərisindən çıxararaq xilas ediblər.
Vətəndaş təcili tibbi yardım briqadasına təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.



Türkiyə ordusu 16 terrorçunu məhv etdi
Kürdəmirdə ağır yol qəzası baş verib
Bakı- Şamaxı yolunda qəza olub
Sabirabadda "KamAZ" aşdı: xəsarət alanlar var
Qobuda qəza: FHN əməliyyat görüntülərini yaydı
Bakıda sərnişin avtobusu yandı
Azərbaycanda dəhşətli hadisə - ÖLƏN VAR
Qazaxda dəhşətli hadisə: ÖLƏNLƏR VAR
Bakıda avtobus dəhşətli qəza törətdi - Xəsarət alan var
DƏHŞƏTLİ QƏZA: 2 nəfər öldü
Sabirabadda avtomobil su kanalına aşdı - ÖLƏNLƏR VAR
Bakıda oteldə baş verən yanğından YENİ XƏBƏR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 